Qareqin Njdeyə qoyulan xatirə lövhəsinin sökülməsi tələbə çevrilib

Qareqin Njdeyə qoyulan xatirə lövhəsinin sökülməsi tələbə çevrilib

Kalaşnikov Qareqin Njdeyə qoyulan xatirə lövhəsinin sökülməsində israr etməyə davam edir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Aşqabada keçirilən MDB zirvə toplantısında Nikol Paşinyan və İlham Əliyev arasındakı müzakirədən sonra erməni hərbi-siyasi xadimi Qaregin Njde ilə əlaqədar mövzu Ermənistanda, Rusiyada, eləcə də Azərbaycanda son vaxtlar aktuallaşıb və ciddi müzakirələrə səbəb olub.

MDB işləri üzrə Rusiya Dövlət Dumasının, Avrasiya inteqrasiyası və həmvətənlər komitəsinin rəhbəri Leonid Kalaşnikov da bu məsələ ilə bağlı danışıb. Komitənin rəhbəri Moskva-Baku nəşrinə verdiyi müsahibədə Armavirdə erməni kilsəsi ərazisində Njdenin şərəfinə quraşdırılmış xatirə lövhəsinin sökülməsi ilə şəxsən məşğul olacağını bildirib.

RUSARMINFO-nun müxbiri ilə söhbətində rusiyalı deputat əvvəllər verilən açıqlamaları təsdiqləyib və Qareqin Njdeyə münasibətini bildirib.

Kalaşnikov hesab edir ki, Njde "iyirmi ildən çox həbs cəzası almasına baxmayaraq, hələ də reabilitasiya olunmayıb".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə