Liviya lideri Müəmmər Qəddafinin ətrafındakı mühasirə hər gün daralır. SİA-nın xəbərinə görə, paytaxt Tripoli və yaxınlığında Qəddafiyə bağlı güclərlə müxalifət arasında atışmalar davam edir. Paytaxtın 50 kilometrliyində yerləşən Zaviyə şəhərini geri almağa çalışan Qəddafi tərəfdarları müxalifət tərəfindən geri oturdulub.
Zəngin neft ehtiyatlarına malik olan Zaviyədə Qəddafiyə bağlı birliklərin tank, zirehli avtomobillər və təyyarə əleyhinə silahlarla hücum etdiyi, ancaq 6 saat davam edən fasiləsiz atışmadan sonra şəhəri tərk etməyə məcbur olduğu bildirilir. Qəddafiyyə bağlı güclər Misrata şəhərində də geri çəkilməyə məcbur olublar. Buna cavab olaraq Qəddafi tərəfdarlarının müxalifətin nəzarətində olan cənubdakı Ajdabiya şəhərini hərbi təyyarələrlə bombaladığı xəbər verilir.
Şahidlər müxalifətin Zaviyənin strateji önəminin fərqində olduğunu və bölgəyə ölkənin şərqindən davamlı əlavə qüvvə və silah gətirildiyini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB