"Əməliyyatın dayandırılması qoşunların geri çəkilməsi demək deyil" Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaradakı Türk-Amerika danışıqlarının nəticələrini və "Sülh çeməsi" əməliyyatı bölgəsindəki mövcud vəziyyəti şərh edib. SİA-nın xəbərinə görə, XİN başçısı deyib: “Dayandırmaq, qoşunlarımızı və orada yerləşdirilən qüvvələri geri çəkmək demək deyil. Biz orada olacağıq və varlığımızı davam etdirəcəyik".
“Şəxsi olaraq bölgədəki qüvvələrimizin, habelə kəşfiyyat işçilərinin nə etməli olduqlarına nəzarət edəcək, məsələyə maksimum diqqət yetirəcək, yoxlamalar aparacağıq”,- deyə XİN başçısı qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB