"Azərbaycanda sosial dövlət qurulub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda sosial dövlət qurulub" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda sosial dövlət qurulub və dövlət siyasəti insanların sosial rifahının yaxşılaşmasına xidmət edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə uğurlar əldə olunduqca dövlətimiz həmin uğurları vətəndaşların sosial rifahının yaxşlaşmasına yönəldilir: "Cari ilin əvvəlindən başlayaraq bu sosial siyasət ölkə başçısının imzaladığı iki sosial paketi ilə daha dərinləşmişdir. Bir il ərzində əməkhaqları, bütün növ müavinətlər, pensiyalar 100% -ə qədər artırılması sosial sahədə atılmış inqilabi addımlar kimi qeyd etmək olar.

Artıq ölkəmizdə yaşayış minimumu 149 manat müəyyənləşməsinə baxmayaraq minimum əmək pensiyaları 200 manat olduğundan minimum əmək pensiyaları yaşayış minimumu 34% üstələmiş olur. Oktyabrın minimum əmək pensiyasının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerə çıxıb. Bu onu göstərir ki, ölkəmizdə insanların yaşayış səviyyəsi sürətlə artır və bunun da cənab Prezdentin siyasətinin təməlində vətəndaşın sosial rifahının dayanmasını göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar daha da dərinləşir. Qeyri-neft sektorundan dövlət büdcəsinə əlavə vəsaitlər daxil olduqca və ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə uğurla həyata keçirilən sosial islahatlar da davamlı olacaqdır. Təbii ki, bütün uğurların təməlində ölkəmizdə təmin olunmuş siyasi sabitlik dayanır”.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə