Əvvəlki illərdə Tavuş bölgəsinin bələdiyyələri, sahibsiz gəzən itlərə görə hər it üçün 500 dram ödəyirdi. Sahibsiz itlərin öldürülməsindən əvvəl bələdiyyə sakinlərə silah səslərindən qorxmamaları və itlərini kilid altında saxlamaları barədə xəbərdarlıq da edilirdi.
SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistanda küçə itlərinin məhv edilməsi dayandırılıb. Nəzarət də tamamilə yoxdur. Böyük itlər öv üçün lazımlı olduqlarına görə dezinfeksiya daha çox sahibsiz, evsiz itlərə olunmalıdır.
Tavuş bölgəsində tez-tez sahibsiz gəzib-dolaşan itlərə rast gəlinir. Gecələr onlar daha aqressiv olurlar. Gecə, ətrafdakı küçələrdə döyüşən it qruplarını tez-tez görmək olur ki, bu da insanların gecənin bir aləmində yuxularından oyanmasına, diksinməsinə, qorxmasına, narahatlığına səbəb olur. Evsiz, sahibsiz itlər həm də axı müxtəlif xəstəliklərin yayılması mənbəyidir.
Sahibsiz itlər təkcə Tavuş bölgəsinin ucqar kiçik kəndlərində deyil, həm də Tavuş regional mərkəzi olan İcevanda sərbəst şəkildı gəzirlər. İndi Ermənistanın küçələrində sahibsiz itlərə hər an rast gəlinir və onların sayı hədsiz dərəcədə çoxalıb. Bir sözlə, sahibsiz itlər Ermənistanı bürüyüb və bu da yerli əhalini, erməni vətəndaşları bərk qorxudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB