Fevral ayının 27-də Böyük Britaniyanın Liverpul şəhərində təhsil alan 3 azərbaycanlı magistr və 1 bakalavr tələbə tərəfindən "Liverpul Azərbaycan Cəmiyyəti" (LAC) təsis edilib.
SİA-nın xəbərinə görə, ilkin mərhələdə Liverpul şəhərində daimi və müvəqqəti əsaslarla yaşayan azərbaycanlıların icması olacaq cəmiyyətə artıq ilk təsis günündən 10 azərbaycanlı qoşulub.
Qeyd etmək lazımdır ki, LAC-nin əsas məqsədi Liverpulda yaşayan azərbaycanlılar arasında şəbəkələşməni sürətləndirmək və bu şəhərdə Azərbaycanın tarixi/mədəniyyətini təbliğ etməkdən ibarət olacaq.
Hazırda təşkilatın rəsmi olaraq Liverpulda diaspor təşkilatı kimi qeydiyyata alınması istiqamətində tələbələr tərəfindən lazımi prosedurlar həyata keçirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB