"Prezident İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı” ŞƏRH-ÖZƏL
"Azərbaycan və Türkmənistan arasında Türkmənistanın əvvəlki rəhbərliyinin yanlış siyasəti ucbatından baş verən və uzun illər davam etmiş soyuq münasibət son bir neçə ildə həm ikitərəfli, həm də MDB çərçivəsində çoxtərəfli səmərəli əməkdaşlıqla əvəz olunub. Prezident İlham Əliyevin Aşqabadda səfər zamanı xatırlatdığı kimi, ötən il dövlət başçısının Aşqabada rəsmi səfəri zamanı rekord göstərilərək, 20-dən çox sənəd imzalanıb. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana səfəri zamanı MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibli toplantılarında iştirak etdiyini, habelə Türkmənistan prezidenti Berdiməhəmmədovla ikitərəfli görüş keçirdiyini deyən politoloq dövlət başçısının səfər zamanı moldovalı həmkarı ilə görüşünü də xüsusi qeyd edib: “Azərbaycan prezidenti moldovalı həmkarı ilə görüş zamanı qeyd etdiyi kimi, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. İqor Dodon da görüş zamanı bildirdi ki, 7 illik fasilədən sonra Azərbaycan - Moldova Hökumətlərarası Komissiyasının tərkibi yenilənəcək”.
N. Məmmədova söyləyib ki, Prezident İlham Əliyevin MDB dövlət başçılarının məhdud tərkibdəki iclasındakı çıxışında Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qələbənin qazanılması üçün gördüyü böyük işlər, arxa cəbhədə xalqımızın fədakarcasına qələbəyə verdiyi töhfələr, onun yorulmaz əməyi xüsusi vurğulanıb: “Prezident İlham Əliyevin bu çıxışı olduqca təqdirəlayiqdir. Çünki burada faşizm üzərində qələbənin qazanılması naminə görülən işlər xüsusi vurğulanıb, faktlarla əsaslandırılmışdır. Bu çıxış hər bir vətənpərvər Azərbaycan vətəndaşının ürəyindən olan çıxış idi. Çünki biz xüsusilə son dövrlərdə sosial şəbəkələrdə insanların müzakirəsi zamanı, qələbədən söz düşəndə Azərbaycan xalqının böyük zəhməti, xüsusilə də Bakı neftinin qələbənin qazanılmasındakı əvəzsiz rolundan danışıldığının, lakin Bakıya qəhrəman şəhər statusu verilməməsinin insanlarımızın böyük haqsızlıq hesab etdiklərinin şahidi oluruq. Bu baxımdan, böyük qələbənin 75 illiyi ərəfəsində MDB Dövlət Başçıları Şurasının iclasında prezidentin öz çıxışını həm də bu məsələ üzərində qurması olduqca təqdirəlayiqdir”.
Politoloq əlavə edib ki, MDB məkanında, xüsusən Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi, xüsusilə, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana 6 metrlik heykəl qoyulması da Prezident İlham Əliyev tərəfindən kəskin qınağa məruz qalıb: “Ermənistan baş naziri Paşinyanın da iştirak etdiyi iclasda Prezident İlham Əliyev bu çıxışı ilə Valdaydakı məşhur tarixi çıxışdan sonra Ermənistan baş nazirini növbətə dəfə diplomatik nokauta saldı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB