Şimal Afrika və Orta Şərqi cənginə alan üsyan dalğasının son dayanacağı Xorvatiya oldu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 20 mindən çox etirazçı ilə polis arasında qarşıdurma baş verib, 38 yaralı var.
Xorvatiyanın paytaxtı Zaqrebdə küçələrə çıxan 20 min etirazçı baş nazirin istefasını tələb edib. Nümayişçilər müharibə veteranları üçün yaxşı həyat şəraitinin təmin edilmədiyini bildiriblər.
Hökumət binasına yürüş etmək istəyən etirazçıların qarşısını 2 minə yaxın polis alıb. Qarşıdurma nəticəsində yaralanan 38 nəfərdən 9-nun vəziyyəti ağırdır. 65 nəfər isə saxlanılıb. Nümayişçilər bu gündən etibarən bir çox yerdə etiraz aksiyalarının təşkil ediləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB