Dünən Ermənistan Respublikasının Baş naziri "Mənim addımım " partiyası ilə üç saat davam edən qapalı iclas keçirib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik "Joxovurd" qəzeti yazır.
Qəzetin yazdığına görə, Amulsar, Ermənistan polisi, struktur islahatları, sammit, daxili siyasi məsələlər və Mərkəzi Komitə sədrinin gələcəyi haqqında müzakirələr rəsmi olaraq açıqlanmayıb. Amma buna baxmayaraq, bu qapalı iclasın bəzi təfərrüatları gündəlik "Joxovurd" qəzetinə məlum olub. Məlum olub ki, çoxlu sayda insan əvvəlcə baş nazirə kritik suallar verib və bu səbəbdən də iki saat nəzərdə tutulan iclas üç saat davam edib.
İclasın gedişində Paşinyan deyib ki, yaxın gələcəkdə Amulsarla bağlı proseslər baş tutacaq və deputatlar məsələni dərindən öyrənməli və ümumi fikir bildirməlidirlər. O, qeyd edib ki, Ermənistanın polis sistemibaş-ayaq dəyişdirilməli, tamamilə tərsinə qurulmalıdır ki, hər şey polis rəisinin əlində cəmləşə bilməsin. Ermənistanın baş naziri xüsuilə vurğulayıb ki, bunlarla əlaqədar, Dövlət və Hüquq Məsələləri Daimi Komitəsi Ədliyyə Nazirliyi ilə birlikdə çalışacaq.
"Qrayr Tovmasyana gəlincə, onun tezliklə istefa verəcəyi barədə şayiələr var", deyə Nikol Paşinyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB