"Azərbaycan Rusiya ilə tarixi əməkdaşlıq etdiyi ölkələrdən biridir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Rusiya ilə tarixi əməkdaşlıq etdiyi ölkələrdən biridir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafının artım templə getdiyini vurğuladı. Rusiya Federasiyası ilə ölkəmiz böyük sərhədə malik olmaqla strateji əməkdaşlıq etdiyimiz ən böyük ölkələrdən biridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Rusiya ilə tarixi əməkdaşlıq etdiyi ölkələrdən biridir: "Tarixən yaranan əməkdaşlıq iqtisadi siyasi mədəni əlaqələrimizi daha da inkişaf etdirərək iki ölkə arasında münasibətləri daha da möhkəmləndirir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər bu ölkələrin bir-birinə sərmayə qoyuluşuna imkan yaradır. İqtisadi münasibətlər elə səviyyədə inkişaf edib ki, Rusiyanın böyük şirkətləri Azərbaycana 4 milyarddan artıq investisiya qoyublar. Bu sahələr əsasən kənd təsərrüfatı, turizm, energetika sahələrinin inkişafına daha çox istiqamətləndirilib. Ölkəmiz ən çox istehlak mallarını Rusiyada idxal edirdi. Bu gün isə Azərbaycan özü ixracçı ölkəyə çevrilib. Avarasiya - Avropa nəqliyyat dəhlizinin işini sürətləndirmək məqsədilə Azərbaycan Rusiya sərhədindəki Samux körpüsü yenidən qurulur və nəticədə iqtisadiyyatın inkişafına böyük təkan verəcək. Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikası Prezidenti arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir və bunun nəticəsidir ki, ölkəmizdə rusdilli məktəblərin sayı kifayət qədər artıb.

Ölkə Prezidentinin “ Valday” klubundakı nitqi istər orda iştirak edən ölkə nümayəndələrinin, istərsə də dünya ölkələrinin diqqətini cəlb etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımların nöqtəsini qoydu".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə