"Azərbaycan dayanıqlı, sabit və düşünülmüş siyasət yürüdür” ÖZƏL -MÜNASİBƏT

"Azərbaycan dayanıqlı, sabit və düşünülmüş siyasət yürüdür” ÖZƏL -MÜNASİBƏT

“Ermənistandan fərqli olaraq Azərbaycan dayanıqlı, sabit və düşünülmüş siyasət yürüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin xarici siyasəti bütün vektorlarla Azərbaycana uğur gətirir: “Çünki Cənubi Qafqazın əsas ölkələrindən biri olan Azərbaycan geosiyasi aspektdə istər sivilizasiyaların, istərsə də dünyanın ayrı-ayrı hegemon dövlətlərinin maraqlarının kəsişdiyi bir bölgədir. Bu gün neft-qazla zəngin olan Azərbaycanın Aİ, ABŞ və Rusiya ilə dil tapması heç də asan başa gəlməyib. Prezident İlham Əliyevin Vladimir Putinlə "Valday" Klubunun iclasında görüşü, ümumiyyətlə, prezidentimizin ora dəvət olunması Azərbaycan liderinə verilən qiymətdir.

Prezident İlham Əliyev son bir neçə ildə Azərbaycanla Rusiya arasında həm enerji layihələrində, həm də digər sahələrdə olan layihələrdə , eyni zamanda hərbi əməkdaşlıqda artan inkişaf tempinin şahidiyik. Həmçinin İlham Əliyevin "Valday" çərçivəsində “Qarabağ Azərbaycandır!” bildirməsi onu göstərir ki, Rusiya və Azərbaycan arasında razılaşdırılmış məqamlar var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə