Ermənistanın paytaxtı İrəvanda, A.Fanarcan adına ankoloji mərkəzdə fövqəladə vəziyyət yaranıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə shamshyan.com öz mənbələrinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, təxminən 13:50 radələrində Kanaker-Zeytun polis şöbəsinə mərkəzin direktoru vəzifəsini icra edən Narek Manukyanın eyni mərkəzdə həkim Vaaqn Ambarsumyanı döyməkdə şübhəli bilinməsi barədə xəbərdarlıq gəlib.
Mənbənin sözügedən sayta verdiyi məlumatda deyilir ki, döyüş xəstəxanada, direktor otağında baş verib və buna səbəb V. Ambarsumyanın atası Manukyanın işdən çıxarılması olub. Həmçinin qeyd olunur ki, Ambarsumyan məsələyə aydınlıq gətirmək üçün direktorun yanına gedib və söhbət mübahisəyə, ardınca idə davaya çevrilib. Ambarsumyan burun zədəsi alıb. Bu fakt Ermənistan polisinin informasiya idarəsi tərəfindən də təsdiqlənib və bu barədə tert.am saytına bildirilib. Sözügedən hadisə və faktın təsdiqi əslində, Ermənistanda hərcmərcliyin, qeyri sabitliyin təsdiqidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB