ADP sədri AXCP-nin keçmiş NTK sədri Aydın Əliyevin dediklərinə dəstək olub
Son günlər AXCP-nin NTK sədri Aydın Əliyevin, ardıcıl olaraq, Əli Kərimli haqqında 25 ildən bu günə kimi törətdiyi cinayətləri ictimaiyyətlə bərabər müxalifət partiya sədrlərinin də ürəyindən olub. Müxalifət düşərgəsi təmsilçilərinin öz şəxsi ambisiyalarını demokratiya pərdəsi altında həyata keçirdikləri üzə çıxıb: "Onlar insanlar arasında nüfuzlarını, inamlarını və etibarlarını elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Biz də onların "qurbanına" çevrilmişik. Xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər seçkilər əfəsi "demokrata" çevriliblər".
"Demokratiya"nın mənasını anlamayanlar mitinqlərdə bir daha xalqın nifrətini qazanıblar
Bu gün özünü müxalifətçi adlandıranların hər seçkilər əfəsi "demokrata" çevrilmələri, doğurdan da, gülüş doğurur. Ən maraqlısı da odur ki, bu müxalifətçilərin istər icazəli, istər icazəsiz, istər qeyri-qanuni, istər səviyyəli, istər səviyyəsiz düşünülməmiş mitinq və piketlər keçirməyə cəhd etdiklərini dəfələrlə görmüşük. Onu da görmüşük ki, həmin mitinqlərdə 200-300 nəfərdən çox adam olmayıb. Maraqlısı da budur ki, radikal müxalifətin keçirmək istədiyi mitinq və piketlər ölkədə keçiriləcək seçkiərəfəsi başlayır. Mitinq baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur, "iqtidar təzyiqlər edir" və yaxud "imza toplamağa imkan verilmir"... daha nələr, nələr... Adama deyərlər ki, ay dələduz, seçici səni tanımırsa, sənə etibar etmirsə, buna hakimiyyət neyləsin?! Bu yerdə ötən parlament seçkisiərəfəsi ADP sədri Sərdar Cəlaloğlunun iqtidar partiyasına yalvarışlı müraciəti yadıma düşdü. S.Cəlaloğlu demişdi ki, "neyləyək ki, seçici imza vermək əvəzinə, qapını üzümüzə bağlayır. Olmaz ki, bizə də kömək edəsiniz?" Belə olan halda, soruşmaq istərdik ki, ay seçkilərə qatılmaq istəyən dağıdıcılar, sentyabrın 28-də təyin etdiyiniz mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verdiyi halda, niyə mitinqi keçirmədiniz? Və yaxud mitinq keçirmək arzusuna düşən digər radikal müxalifət partiyaları hansı üzlə mitinq keçirmək istəyirlər? Bir araya gələ bilmirsiniz, imza toplaya bilmirsiniz, iqtidarın ünvanına nə qədər böhtan atacaqsınız? Bir də, özünüz demişkən, müxalifətdə 20-30 il olmağınıza baxmayaraq, hələ indiyə qədər 200 imza belə toplaya bilmirsiniz. Topladığınız o imzaları da üzünüzə üzlük tutaraq, min bir tənələri götürməklə yığmırsınız? Sərdarın bir ifadəsi də yadıma düşdü: "İmza toplamağa kimi göndərim? Yanımda bir-iki nəfər adam var, onlar da dirənirlər üzümə. Deyirlər ki, seçici, nəinki imza verir, bizi elə isladır ki..."
İslanmışın yağışdan nə qorxusu?..
Ay S.Cəlaloğlu, "islanmışın, yağışdan nə qorxusu?" Belə olan halda, hansı üzlə bir də mitinq və piket keçirmək istəyinə düşürsünüz? Axı, yaxşı bilirsiniz ki, 25 ildən çoxdur ki, həm xalq, həm də öz funksionerləriniz sizin uğursuzluğunuza nifrət edir.
Bir də, iqtidarı ölkədə demokratiyanın olmaması ilə günahlandırmaqla özünüzü düşərgə sakinlərinin qarşısında "təmizə" çıxarmaq istəyirsiniz. Ancaq bir anlığa "demokratiya carçıları"ndan soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürlərmi? Əgər başa düşsəydilər, o zaman niyə icazəli mitinqi keçirmirlər? Ancaq onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd edirlər. Belə olduğu təqdirdə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, sizcə, bu, demokratiyanın pozulmasıdır?
Mirmahmud Mirəlioğlu: "Əli Kərimli kimi sosial şəbəkələrin oyunbaz satqını yoxdur"
Bu arada, KXCP sədri Mirmahmud Mirəlioğlunun da Ə.Kərimli haqqında dediklərini xatırlatsaq, A.Əliyevlə fikirlərinin üst-üstə düşdüyü məlum olur. M.Mirəlioğlu ötən seçkilər ərəfəsi demşidi ki, Ə.Kərimlinin bu manyak "arzusu" bu dəfə onun başında bərk partlayacaq. Nəticə göz qabağındadır. KXCP sədri demişdir: "Liderinə xəyanətkar və qatil olan gec-tez cəzasını çəkməlidir. Məsələn, bu günlərdə Ə.Kərimlinin mərhum Əbülfəz Elçibəyin ruhu qarşısında həyasızcasına hər zamankı kimi yenə də sosial şəbəkədə ortalığa düşüb, özünü "qanan" hesab etməsini görə-görə, bu əxlaqsızı cavabsız qoya bilmərəm. Axı sən kimsən ki, ortalığa düşmüsən? Müxalifəti bu günə salan sən oyunbazsan. Ölkədə keçirilən bütün siyasi proseslərdə daha çox siyasi oyunbazlıq və siyasi əxlaqsızlıq nümayiş etdirirsən. Azərbaycan siyasətində mən Ə.Kərimli qədər xəyanətkar görməmişəm".
KXCP sədri, həmçinin, Ə.Kərimlinin əxlaqsız olduğunu da bildirib: "Mən Ə.Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazanlığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb, ləkələmək kimi işlərin altına imza atan Ə.Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. İndi də bədbəxtçilik ondadır, indi də küçük əxlaqsız Kərimli - oğlu Türkel Kərimli peyda olub. Bu məxluqlar başdan-ayağa kimi zəlidirlər. Belələri, nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub-saxlamışdı. Amma ona qarşı Ə.Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də, iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Onun indiyə qədər "xəyanətkar" adlandırdığı şəxslər, əslində, kifayət qədər aydın fikirli insanlar olublar və xəyanətkarın ən yekəsi elə onun özüdür və bu gün Kərimlinin "siyasi mühacir" törəmələri də, yeri gəldikdə ona qarşı çıxırlar".
Bəli, hər şeyin öz zamanı var, bütün cinayətkarların da qanun qarşısında dayanacağı vaxt var. O zamana az qalıb. Bir gün Ə.Kərimli də qanun qarşısında dayanacaq, bu cəbhəçilərə indi gülməli gəlsə də, ancaq bu, baş verəcək! Sübutlar, dəlillər öz sözünü deyəcək. Ancaq bu, bir real faktordur ki, Ə.Kərimli kimi satqın parazit və əxlaqsızlar nə qədər Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış etsələr də, elə o çirkab bataqlığında eşələnə-eşələnə qalacaqlar. "İt hürər, karvan keçər" məsəlinə boş yanaşmaq da olmaz. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi antimilli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir və edildi də. Bu, dövlətini, Vətənini sevən hər bir azərbaycanlının sifarişi idi və qanun qarşısında cavab verməli olan əsas ünsür Əli Kərimlidir!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB