YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin şura iclası keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın gənclər birliyinin şura iclası keçirilib. Tədbirdə rayon təşkilatı gənclər birliyinin cari fəaliyyəti, qarşıda duran vəzifələr və gənclərin fəallığının daha da artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olunub.
İclası giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədr əvəzi Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları haqqında danışaraq, qeyd edib ki, bu islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük əhəmiyyət kəsb edib. Qeyd edib ki, YAP hər zaman gəncərin təşəbbüskarlığını dəstəkləyir və qiymətləndirir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır.
İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. İştirakçıların diqqətinə çatdırıb ki, partiyamızın 750 minə yaxın üzvü var və onların da 40 faizini gənclərin təşkil etməsi onların siyasi və ictimai fəallığının göstəricisidir. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən R.Göyüşov ölkəmizin inkişafında, müasirləşməsində və yeniləşməsində onların rolunun əvzəsiz olduğunu vurğulayıb.
İclasda YAP Binəqədi rayon təşkilatının aparatın baş məsləhətçisi, rayon gənclər birliyinin şura üzvü Kubra Əliyarlı çıxış edərək bildirib ki, YAP Gənclər Birliyi bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür: «Gənclərə yaradılan şəraitdən də gənclərimiz səmərəli istifadə etməli, dövlətçiliyimizin təbliği və inkişafına öz töhfələrini verməlidirlər. Gənclərimiz daim ayıq-sayıq olmalı, vətənimizin müdafiəsi, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına səylə çalışmalıdırlar. Ölkəmizin uğurlarına kölgə salmağa cəhd edən şəxslərə qarşı mübariz olmalıdırlar.»
İclas gənclərin fikir mübadiləsi ilə yekunlaşıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB