Dövlət başçısı İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

Dövlət başçısı İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı Hamad Kalkaba Malboumu Beynəlxalq Hərbi İdman Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə