Ermənistanda eks-məmurlar intihar həddinə çatdırılır

Ermənistanda eks-məmurlar intihar həddinə çatdırılır

Ermənistanın keçmiş polis rəisi general-polkovnik Ayk Arutyunyan öz evində ölü tapılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə istintaq komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, faktla əlaqədar "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Həmçinin məlumatda bildirilir ki, Arutyunyanın cəsədi baş nahiyəsində güllə yarası ilə tapılıb.

Qeyd edək ki, Arutyunyan 2003-2008-ci illərdə Ermənistan polisinin rəhbəri olub. “1 Mart 2008” cinayət işi ilə əlaqədar şahid qismində istintaqa cağırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə