Fikrət Sadıxov: "Ermənistanın mövqeyi artıq dərəcədə qeyri-konstruktivdir"

Fikrət Sadıxov: "Ermənistanın mövqeyi artıq dərəcədə qeyri-konstruktivdir"

“Əvvəla onu deyim ki, nazirlər görüşürsə bu heç də o demək deyil ki, hansısa bir qeyri-adi gözləntilər olmalıdır”. Bunu SIA-ya açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Fikrət Sadıxov xüsusilə vurğulayıb ki, nazirlər qərar qəbul etmir, dövlət başçıları bunu qəbul edir: “Amma nazirlərin də görüşü dövlət və hökumət başçılarının görüşünə müəyyən dərəcədə təsir edə, gündəliyi tərtib edib gündəmə qoya bilər. Bu mənada, bu baxımdan nazirlərin görüşü müəyyən dərəcədə əhəmiyyətlidir. Amma digər tərəfdən, nəzərə alaraq ki, Ermənistan axır zamanlar sərsəm bəyanatlar verir, bir-birinə zidd, Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qələmə verir və bununla bağlı bəyanatlar verir və sair, mənim bu görüşün nəticələrindən böyük gözləntilərim yoxdur. Əslində, bu görüş ayaqüstü görüşdür demək olar. Çünki, Baş Assambleyanın iclasında bir çox görüşlər keçirilir ayaqüstü. Dövlət başçıları görüşür, nazirlər görüşür, yəni, bu heç də o demək deyil ki, burda böyük bir nəticələr əldə olunur və ya olunacaq. Bunu da nəzərə almaq lazımdır ki, Ermənistanın mövqeyi artıq dərəcədə qeyri-konstruktivdir və belə bir şəraitdə hansısa bir gözləntilər əlbəttə ki, real görsənmir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə