Paşinyan üçün Vanesyanın siyasətə qayıdış qorxusu

Vanetsyan siyasətə qayıdarsa, həm keçmiş, həm də hazırkı hakimiyyətə rəqib olacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasi texnoloq Karen Koçaryan deyib.

Karen Koçaryan, əgər Nikol Paşinyan Artur Vanesyandan və Valeri Osipyandan narazı idisə, bu narazılıq niyə son bir ayda və eyni vaxtda ortaya çıxdı deyə sual edib.

"Bu Milli Təhlükəsizlik Xidməti direktorunun istefası mətni yox, siyasi fəaliyyətə başlama mətni idi", deyə Karen Koçaryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə