Paşinyanın psixatriya xəstəxanasına müraciət etdiyi barədə sənəd yayılıb

Baş nazir Nikol Paşinyanın sağlamlıq sənədinin saxta olduğu barədə bildirilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dünən internet şəbəkədə baş nazir Nikol Paşinyanın 1 noyabr 2001-ci ildə Krasnodar Şəhər Psixiatriya Xəstəxanasına müraciət etdiyini təsdiq edən, daha doğrusu, səhhətində psixiatrik problemin olmasına dair sənəd yayılıb.

Məlumatda qeyd olunur ki, erməni baş nazirin bu sənədi saxta olduğu barədə də informasiya dovriyyəyə buraxılıb. Hətta bəzən yayımlanan sənədin içindəki məlumatların saxtalaşdırıldığı bildirilir. Bildirilir ki, bu sənədin Nikol Paşinyanla əlaqəsi yoxdur.

Sənədin saxta, Paşinyana aid olmadığını sübut etməyə cəhd edənlər bu sənəddəki şəkli Paşinyanın 1991-ci ildəki şəkli ilə müqaisə etməyi də məsləhət bilirlər.

Ermənistana məxsus mətbuat səhifələrində etiraf olunur ki, oxşar vəziyyət bir neçə dəfə təkrar olunub və artıq dəfələrlə Paşinyanın sağlamlıq probleminin olması barədə informasiyalar yayılıb. Yəni, erməni baş nazirinin psixiatrik problemləri barədə məlumat birinci dəfə deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə