Səfir: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası yaxın zamanlarda Bakıda keçiriləcək”

Səfir: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası yaxın zamanlarda Bakıda keçiriləcək”

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası yaxın zamanlarda Bakıda keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, hazırda hazırlıqlar davam edir: "Hazırlıqları bitirdikdən sonra iclas baş tutacaq, çünki biz bu iclasa çox önəm veririk. Baş nazir Rəcəb Tayyib Ərdoğan da Bakıya gələcək. Diplomatlar müşavirəyə hazırlıq üzərində çalışır, imzalayacağımız anlaşmalar hazır olanda müşavirə keçiriləcək".

 

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamına münasibət bildirən səfir Xocalı soyqırımını iki dövlətin ortaq acısı olduğunu bildirib: "Azərbaycanın acıları Türkiyənin acılarıdır. O, qətliamda həyatını itirənlərin ruhları şad olsun. Dünya bunu görməlidir. Həqiqətləri burada aydın şəkildə gördük. 100 il əvvəlki olanlarını axtaran insanlar gəlsinlər, Xocalı qətliamına nəzər yetirsinlər. Bu ədalətsizliyə tezliklə son verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə