Səməd Seyidov: “Hər zaman olduğu kimi bundan sonra da korrupsiyaya qarşı işimizi davam etdirəcəyik”

Səməd Seyidov: “Hər zaman olduğu kimi bundan sonra da korrupsiyaya qarşı işimizi davam etdirəcəyik”
"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunulub və bu baxımdan dövlət qurumlarının qarşısında ciddi vəzifələr qoyulub. Cənab prezidentin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqları biz də çox yüksək qiymətlədiririk". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, bütün təşkilatlarda, təhsil müəssisələrində olduğu kimi bizim universitetdə də bu tapşırıqlardan irəli gələn məsələlərlə əlaqədar müəyyən işlər görülür. Bununla əlaqədar bütün dövlət qurumlarına, o cümlədən ali təhsil müəssisələrinə müvafiq tapşırıqlar verildiyini deyən S.Seyidov vurğulayıb ki, hər zaman olduğu kimi bundan sonra da korrupsiyaya qarşı işimizi davam etdirəcəyik.

"Hər zaman korrupsiyaya qarşı fəaliyyət göstərmişik və çalışmışıq ki, bu istiqamətdə ən şəffaf, bu problemləri az olan ali məktəb olaq. Etiraf etməliyəm ki, bu istiqamətdə xeyli işlər görmüşük. Bundan sonra da bu istiqamətdə əlimizdən gələn bütün işləri görəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə