Teyyub Qənioğlu: “Müsavat özünün yekəxanalığı ilə fərqlənən bir partiyadır ” RƏY-ÖZƏL
““Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masa günümüzün aktual və əhəmiyyətli mövzularından idi”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, müsbət dəyərləndirirəm. Bəzi partiyalar, eləcə də, AXCP tədbirə dəvət edilmədilər: “Bunun izahı verildi ki, AXCP xaricdəki “söyüş müxalifəti” ilə eyni möveqən çıxış edir. Bu izah AXCP-ni söyüş söyməyi tərgitdirmək mənası anlamına gəlir. Ancaq onlara xaricidəki, tərəfdaşlarına “söyüş söyməyi tərgidin” deməyin əhəmiyyəti olmayacaq. Müsavat partiyası da həmişə özünün yekəxanalığı ilə fərqlənən bir partiya olub. Yəni Müsavat partiyasının əlindən bir şey gəlmir, amma həmişə özünü üstün tutur. Adında qoyub ki, elə bir mövzu seçərdiniz ki, o mövzunun doğurda da müzakirəyə ehtiyacı olardı. Müsavatın həmin tədbirə qatılmamaq bəhanəsi bu idi. Yəni onlar seçilən mövzunun özləri üçün məqbul olmadığını bir bəhanə gətirib gəlmədilər. Hesab edirəm ki, bu onlar üçün bir bəhanə idi, əslində gəlib nə deyəcəkdilər? Ümumiyyətlə, belə bir dialoqların keçirilməsinin əhəmiyyəti var. Biz həmişə dəfələrlə demişik ki, siyasi mübarizədə sivil yolu seçmək lazımdır. Siyasi mübarizədə söyüş söymək, kiminsə şəxsiyyətinə toxunacaq ifadələr işlətmək yol verilməzdir. Mən tədbirin bəyanatını oxudum və bəyanat məqbuldur, qəbul olunan bəyanatdır. Orda deyilir ki, mübarizəni sivil yolla aparaq və xarici qüvvələrin ölkə daxili işlərinə qarışmasına imkan verməyək, mümkün qədər buna qarşı mübarizə aparaq. Bu da məqbul bəyanatdır. Ümumiyyətlə, biz mübarizənin sivil qaydada aparılmasının tərəfindəyik, yəni konstitusiya çərçivəsində, qanunlar çərçivəsində aparılmasının tərəfindəyik. Qurşaqdan aşağı mübarizəni, küçə yürüşlərini, iğtişaşları tamamilə rədd edirik”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB