Eldar Sabiroğlu: “Hərbi hissəmizdə baş verən məlum faciədən duşmən öz məqsədləri ücün istifadə etməyə çalışır”
"Hərbi hissəmizdə baş verən məlum faciə duşməni fəallaşdırıb. Düşmən bundan öz məqsədləri ücün istifadə etməyə çalışır". SİA-nın məlumatına görə, bu sözləri Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu aşıqlamasında deyib.
Onun sözlərinə görə, dünən və bu gün Ermənistan Silahlı Qüvvələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb: "Təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmən qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Üstəlik, onsuz da bizim ücün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə calışır. Guya ki, ölənlərdən başqa daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır. Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birlikdə yaydıqları məlumatda hər şey olduğu kimi acıqlanıb. Düşmənin seçimi məlumdur, bunu nəyə hesabladığı da sirr deyil. Ermənistanın kütləvi informasiya vasitələrində bu yalanların və uydurmaların özünə geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa, kökündən yanılırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB