Çin KP MK Ali Partiya Məktəbində görüş keçirilib FOTOSESSİYA

Çində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya Məktəbində görüş keçirilib. SİA xəbər verir ki, görüş əsnasında YAP nümayəndə heyəti Ali Partiya Məktəbinin direktoru Donq Qinqlə müzakirələr aparıblar. Məktəbin direktoru nümayəndə heyətinə bu təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, keçdiyi tarixi yolu barədə danışıb, eləcə də kadr potensialının hazırlanması istiqamətindəki rolundan bəhs edib.

Millət vəkili Hadı Rəcəbli Donq Qinqlə görüşdə Azərbaycanda idarəçilik sistemi istiqamətində görülən işlər və perspektivlər barədə danışaraq, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaranmasından, tarixindən və fəaliyyətindən, kadrların hazırlanması prosesindən danışıb.

Tərəflər arasında maraqlı müzakirələr aparıldıqdan sonra nümayəndə heyətinin İmperator Sarayı ilə tanışlığı olub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə