Erməinistan KTMT-də qalmağa davam edir ki, Rusiya bu ölkəni qəflətən cəzalandırmasın. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri parlamentin deputatı Arman Babacanyan deyib.
Arman Babacanyan təsdiq edir ki, Azərbaycanın KTMT-yə üzv olmamasına baxmayaraq, KTMT üzvü olan Ermənistandan bu təşkilatda daha əhəmiyyətli bir mövqeyə sahibdir.
“Bu əhəmiyyətli mövqeyi Azərbaycan üçün Belarus və Qazaxıstan təşkilatının üzvləri təmin edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya Ermənistanın yeganə müttəfiqi olaraq qalır. Tacikistan və Qırğızıstanı müttəfiq halına gətirmək üçün Ermənistanın bu istiqamətdə çalışması lazımdır" deyə Arman Babacanyan bildirib.
Rusiya ilə münasibətlərə gəlincə, Arman Babacanyanın sözlərinə görə, Rusiya Ermənistanla müttəfiq münasibətlərini siyasi və geosiyasi konyunkturadan irəli gələrək yerinə yetirir. Deputatın sözlərinə əsasən, Rusiyaya görə Ermənistan dövlət maraqları hesabına da olsa belə hər şeyə hazırdır.
“Biz Rusiyaya hər şeyi veririk, lakin bunun müqabilində heç nə almırıq. Belə bir şəraitdə KTMT ilə əlaqəli hər hansı bir fəaliyyət, addım Rusiyanın maraqlarına xidmət edən Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Yalnız bir neçə gün əvvəl, səfirlərlə görüşdə Ermənistan rəhbərliyi yeni təlimatlar və xarici siyasət prinsipləri, o cümlədən suverenlik barədə danışıb. Bunlar reallıqla, həqiqi xarici siyasətlə əlaqəsi olmayan çox gözəl çıxışlar idi. Biz KTMT-də qalmaqda davam edirik və yalnız bu qurumun maraqlarına xidmət edirik ki, Rusiya bizi qəfil cəzalandırmasın," deyə Arman Babacanyan etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB