“Radikal müxalifət xalqın dəstəyindən məhrum olduğuna görə seçkilərdən geri çəkilir” RƏY
“Bildiyimiz kimi, bu il növbəti siyasi kampaniya baş tutacaq, dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Biz hər seçki ərəfəsində görürük ki, radikal müxalifət yalan və böhtanlarla dolu çıxışlar edirlər”. Sözügedən fikirləri SİA-ya Milli Məclisin deputatı Cavid Osmanov qaragüruhçu müxalifətin hər seçkilər ərəfəsində boykot və s. kimi bəhanələrlə çıxış etmələrinə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, nəticədə seçkilər ərəfəsində onların elektoratları olmadığından seçkiləri boykot etməyə çalışırlar, seçkilərdə iştirak etmirlər: “Bu, ilk olaraq ondan əmələ gəlir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti cənab Prezidentin siyasətini dəstəkləyir və Yeni Azərbaycan Partiyasına böyük rəğbətlə yanaşırlar. Heç də təsadüfi deyil ki, YAP-ın sıraları 750 minə çatır. Müxalifətin elektoratı olmadığından, eləcə də, Azərbaycan xalqı tərəfindən dəstəkləri olmadığından seçkilər ərəfəsində şər-böhtan kampaniyasına başlayırlar, nəticədə seçkilərdən imtina edirlər. Xüsusən, biz bələdiyyə seçkiləri ərəfəsində 5-19 arası hər bələdiyyə üzvünün seçilməli olduğunu bilirik. Lakin onların elektoratı olmadığından seçkilərdə iştirak etməkdən boyun qaçırırlar”.
Müxalifətin seçki faktorundan qorxmaları, çəkinmələri məsələsinə gəlincə, millət vəkili deyib ki, hazırkı müxalifət bir il hakimiyyətdə olub və bu dövr ərzində onlar seçki olmadan iqtidara yiyələniblər, yəni seçki keçirmədən: “Ona görə, indi də düşünürlər ki, hakimiyyətə seçki yolu ilə deyil, hərəkat yolu ilə, qeyri-leqal yolla gəlməlidirlər: “Lakin biz bilirik ki, 1993-cü ildən başlayaraq ölkədə legitim hakimiyyət formalaşıb və YAP legitim yolla keçirilən siyasi kampaniyalarda qalib gəlibdir. Bu isə bir daha təsdiq edir ki, radikal müxalifət xalqın dəstəyindən bu gün də məhrumdur, ona görə də istər bələdiyyə, istərsə də parlament seçkilərindən geri çəkilirlər”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB