REAL sədri İlqar Məmmədov Sevinc Osmanqızını ifşa edib, onu AXCP sədri Əli Kərimlinin mətbuat xidməti adlandırdıqdan sonra vəziyyət daha mürəkkəb hal alıb. SİA-nın verdiyi xəbərə görə, Sevinc Osmanqızı kinayəli status yazıb və İlqar Məmmədovu, o cümlədən REAL-çıları köhnə tullantı adlandıraraq onları təhqir edib: "Bu köhnə tullantılar - Etibarın tələbələri nə zamandan “yeni” olublar, vallah başa düşə bilmirəm".
Lakin Sevinc Osmanqızı bu statusunda İlqar Məmmədovu reneqat adlandırmaq üçün daha da aşağılamaq istəsə də, böyük siyasi səhvə də yol verib. "Siyasətdə cəbhə dəyişmək rəğbət bəslənəcək anlayış olmasa da, hər halda, yad mənzərə də deyil... Amma siyasi həyasızlıq... Bax bu, ağır problemdir və təəssüf ki, müalicəsi də yoxdur - başqa sözlə, qozbellikdir...", deməklə özü də bilmədən Gültəkin Hacıbəylinin və Arif Məmmədovun bostanına daş atıb.
P.S. İlqar Məmmədov deyəndə ki, Sevinc Osmanqızı savadsızdır, siyasət adamı deyil, birbaşa Əli Kərimlinin troludur, qınayırsınız adamı...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB