AXCP-dən daha bir istefa – səbəblər və ittihamlar dəyişməyib ANALIZ

AXCP-dən daha bir istefa – səbəblər və ittihamlar dəyişməyib ANALIZ

Namiq Sadıqlı“Əli Kərimli hər üç aydan bir 2 saatlıq mitinqlər keçirməklə, işini bitmiş hesab edir, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla, özünə müəyyən dividend qazanmağı xoşlayır”

Demək olar ki, hər il AXCP sıralarını tərk edən cəbhəçilər bu siyasi müxalifət təşkilatının qapısını kifayət qədər sərt şəkildə çırpıb-gedirlər. Maraqlısı da budur ki, artıq Xalq Cəbhəsindən gedənlərin hər biri eyni səbəbləri gətirir, eyni ittihamları səsləndirir və partiyanın sədri Əli Kərimli barədə eyni düşüncələrini ictimailəşdirirlər. O cümlədən, istefalar hər il və kütləvi şəkildə reallaşdırılır ki, bud a birbaşa Ə.Kərimlinin yarıtmaz fəaliyyəti, xarici qüvvələrlə əməkdaşlıq edərək, dövlətçilik maraqlarını satması, onun səhvlərini üzünə deyənlərə qarşı amansız siyasi repressiyalar, təhdidlər və hücumlar tətbiq etməsi, eləcə də digər bənzər olaylardır. Biz ötən illərdə baş vermiş istefaların bəzilərini və onların səbəblərini bir daha xatırlaya bilərik.

Misal üçün, sabiq cəbhəçi Qaraxan Ağayev 2014-cü ildə cəbhə sıralarını tərk edərkən deyib ki, Ə.Kərimlinin yarıtmaz siyasəti və iddiaları dözülməz həddə çatıb. "Partiyanın yürütdüyü daxili və xarici siyasət kursu iflasa uğrayıb", deyə o bəyanatında qeyd edib.

Öncəki illərdəki istefa bəyanatından: “Əli Kərimli erasına birlikdə son qoymalıyıq”

Həmin il AXCP-nin Sumqayıt şəhər təşkilatının keçmiş sədri Kəmaləddin Vilayətoğlunun verdiyi məlumata görə isə, partiyanın yarıtmaz siyasətinə görə 49 nəfər AXCP üzvü partiyadan istefa verib. 2016-cı ildə Nərimanov rayon təşkilatının sədr müavini, AXCP gənclər komitəsinin fəalı Dəyanət Babayev, partiya üzvləri Cavid Musazadə və Ehtiram Mehdiyev də Ə.Kərimlinin qeyri-demokratik və avtoritar idarəçiliyindən bezdiklərini bəyan edərək, AXCP sıralarını tərk ediblər. Həmin sitefa bəyanatını da xatırlatmaq istərdik. SİTAT: “Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsən. Mən 2009-cu ildə AXCP sıralarına könüllü şəkildə üzv olmuşam. AXCP- də olan hər kəs kimi əvvəllər mən də Əli Kərimlini "supermen" kimi görürdüm. 2010-cu ildə Əli Kərimlinin şəxsi təyinatı ilə AXCP Suraxanı rayon şöbəsinin gənclər komitəsinin sədri oldum və az müddət ərzində ətrafıma yüzlərlə gənc topladım. Partiyada uğursuz siyasəti görüb tənqidə başladıqda isə məni partiyadaxili işlərdən uzaq tutmağa başladılar. Bizə öz liderinə qarşı çıxmamağı, istənilən halda onu tənqid etməməyi əmr kimi qəbul etdirmişdilər. Artıq Əli Kərimli erasına birlikdə son qoymalıyıq. Bizə 23 ildir öz şəxsi mənafeyinə qulluq edən müxalifət yox, yeni fikirli, intellektual gənclər lazımdır. Əli Kərimli illərdir gənclərdən qul kimi istifadə edib. Bu, yolverilməzdir. Bu insan onlarla gənci partiyadan bezdirib istefa etmələrinə zəmin yaradıb…”

Cabid Nəbiyev: “Bu günə kimi fəhləlik edib partiyaya kömək etmişəm. Onların heç birini halal etmirəm”

Həmin il istefa verən daha bir cəbhəçi Cavid Nəbiyev də bənzər bəyanatla çıxış edib: “AXCP də olduğum müddətdə Əli Kərimlini hər zaman dəstəkləmişəm. Amma son zamanlar partiyada gördüklərim məni oradan uzaqlaşdırdı. Dəfələrlə Əli Kərimliyə görə döyülmüşəm, cərimələnmişəm. Bunun müqabilində isə heç zaman partiyadan dəstək görmədim. Bir insan belə mənim problemlərimlə, həyatımla maraqlanmadı. Bu gün məni xəyanətdə suçalyanlara demək istəyirəm ki, mən təmsil olunduğum partiyaya heç vaxt xəyanət etməmişəm. Elə adamlar mənim ünvanıma mesaj göndərirlər ki, halbuki mən orda olanda heç onların izi-tozu da yox idi. Bu günə kimi fəhləlik edib partiyaya kömək etmişəm. Onların heç birini halal etmirəm”.

Vilayət Muxtarov: “Əli Kərimli özü bilə-bilə bizi güclə meydanlara göndərib sonra da tutdururdu”

AXCP-nin Suraxanı payon təşkilatındakı "Hövsan-2" dayaq dəstəsinin istefa verən üzvü Vilayət Muxtarov isə deyib ki, Əli Kərimli ölkədə demokratiya axtarır, amma partiyasından xəbəri yoxdur: “Öncə bir get partiyadaxili proseslərə bax, sonra bu cür bəyanatlar səsləndir. Özü bilə-bilə bizi güclə meydanlara göndərib sonra da tutdururdu. Zorla "Azadlıq" qəzetinə abunə edib, ayda 10 manatımızı alırdılar. Amma bizə konkret demirdilər ki, qəzetə yığırıq. Deyirdilər ki, qəzetimizi dövlət cərimələyib, ona görə də kömək etmək lazımdır. Digər bir tərəfdən də indi Əli Kərimlinin ətrafında özü kimi bir neçəsi var ki, bizə satqın deyir. Biz satqın deyilik, biz satqınlara qarşı çıxanlarıq. Özlərini sığortalamaqdan ötəri min bir yalana əl atanların, ümumiyyətlə siyasət adına, partiya adına danışmağa haqları yoxdur”.

2017-ci ildə isə, AXCP-nin Nərimanov şöbəsindən Aslan Həmidli, eləcə də Buinəqədi şöbəsinin üzvü Adəm İbrahim təşkilat sıralarından gedərək, Ə.Kərimliyə qarşı ən ağır ittihamlar irəli sürüblər. Belə bir vəziyyət 2018-ci ildə və hazırda davdavam edir. Bu baxımdan, fəal cəbhəçi olmuş Namiq Sadıqlının da ittihamları, istefa verməyinin səbələri eynilik təşkil edir. Onun bəyanatı və ortaya qoyduğu faktlar dab u cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Beləliklə, ictimai rəy daha bir ifşanın da şahidi olmaqdadır ki, son vaxtlar sosial şəbəkələrdə partiya sıralarına, guya onlarla, yüzlərlə adamın qoşulduğunu iddia edən Ə.Kərimli elə öz partiyadaşları, daha dəqiq desək, artıq istefaya getmiş sabiq cəbhəçilər tərəfindən kəskin şəkildə hədəfə alınmaqda, yalanları üzə çıxmaqdadır. Fakt budur ki, partiya sıralarını tərk edənlər, ona qoşulanların sayını dəfələrlə üstələyir.

Namiq Sadıqlı: “Bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə gözləyridim”

Yeri gəlmişkən, N.Sadıqlı “Facebook”dakı profilində AXCP ilə yollarının ayrıldığını bəyan edərkən, daha əsaslı isbatları ortaya çıxararaq dərhal Ə.Kərimlinin söyüş maşınının – trollarının hədəfinə tuş gəlib. Halbuki, bir zamanlar onun özü də həmin şəxslərlə yaxından tanış olub. Lakin göründüyü kimi, nə Ə.Kərimli, nə də onun söyüş maşınının tərkibinə daxil olan trollar üçün müqəddəs heç nə qalmayıb. “Bizdən deyilsənsə, düşmənimizsən” tipli mənəviyyatsızlıq prinsipini işə salan trollar Sadıqlıya qarşı olmazın söyüşlər, həqarətlər, təhqirlər yağdırıblar. Halbuki, demokratiya, ədalət, insan haqq və hüquqlarından, konstitusiyada sərbəst toplaşmaq, düşünmək və s azadlıqlardan dəm vuran Ə.Kərimli və s. cəbhəçilər bu dəfə bolşeviksayağı hücumları ilə necə deyərlər, hansı yuvanın quşları olduqlarını təsdiq ediblər. Bu, AXCP-nin hələ də küçə müxalifətçiliyi, bolşevizm şakərindən qalmadığının da bariz göstəricisidir.

Beləliklə, N.Sadıqlının fikirlərinə bird aha diqqət yetirək. SİTAT: “Dostlar, çox düşündükdən sonra Əli Kərimlinin özəl, şəxsi partiyasından İstefa addımını atdım. Bir neçə səbəbləri yazacam ki, cəbhədə qalan hörmətimi saxlayan və dəyər verdiyim kifayət qədər cəbhəçi dostlarım məndən inciməsinlər. Əksinə bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə gözləyridim. Səbəbləri ən azı 12 bənd olaraq göstərirəm”.

Partiya üzvü daha sonra AXCP-dən çıxma səbəbini 12 bənd olaraq sıralayıb:

“1.Siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kampaniya apardığını qəbul edə bilmədiyim üçün

2. Azad, fərqli düşüncəli, onu tərifləməyən, tənqid edənlərə hücum etdiyi üçün

3. Özündə güc tapıb son həbs edilən, hakimiyyəti sərt tənqid edən “siyasi məhbus” (dırnaqlar bizimdir – red.) Elvin İsayevə nəinki dəstək, əksinə ona dəstək verən üzvlərə trol hücumu etdirdiyi üçün

4. Özünü “demokrat lider” adlandırıb, əksinə diktatorluğa daha çox meyil göstərdiyi üçün

5. Neçə illərdir 50-dən çox pariya sədrindən heç birinin adını çəkərək birliyə çağırmadığı üçün

6. Neçə illərdir hakimiyyəti dəyişmək deyil, yalnız ana müxalifət kürsüsünü qoruyub saxladığı və təkkəbbürlükdən əl çəkmədiyi üçün

7. Hər üç aydan bir 2 saatlıq mitinq keçirməklə işini bitmiş hesab etmək, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla özünə müəyyən dvident qazanmağı xoşladığı üçün

8. Şəxsinə yazdığım məktublarımı oxuyaraq, cavab verməməklə hörmətsizlik etdiyini gördüyüm üçün

9. Yeni nəfəs, yeni siyasi simalar ortaya çıxan kimi onlara qarşı “hakimiyətə işləyirsən” damğası vurmaq, cəmiyyətdə gözdən salmaq üçün sosial şəbəkələr üzərindən min cür qarayaxmalar hazırladığı üçün

10. Dildə demokratiyadan danışan bu şəxs “mənim yanımda deyilsənsə, bizdən deyilsən” deməklə yalnız tərifləri qəbul edib, tənqid edənləri agent adlandırdığı üçün

11.”Elçi TV youtube kanalı” vasitəsilə Əli Kərimliylə yanaşı digər siyasi xadimlərin video çıxışlarını yayınladığımı həzm edə bilmədiyi üçün

12.Daha nə yazım, dostlar, çox gözlədim ki, özünü lider kimi cəmiyyətə məcburi sırımaq istəyən bu partiya sədri bəlkə düzələr, bəlkə hakimiyyətə gəlmək üçün siyasi mübarizə adamlarıyla isti münasibətlər qurub birləşməyə başlayar, əksinə yanıldığımı tam olaraq hiss elədiyim üçün istefa verdim”.

Yekunda göründüyü kimi, istər baş verən qarşıdurma və istefalar, istərsə də yuxarıda bəhs edilən istefa bəyanatları və sərt ifadələr AXCP sədri Ə.Kərimlinin gerçək simasını bir daha cəmiyyətə nümayiş etdirir. Bilinən həm də odur ki, bu ünsürün sədrlik etdiyi siyasi təşkilatda yaratdığı dözülməz mühit onun ətrafında qalan üç-beş üzvün də qısa zaman ərzində partiyadan getməsini şərtləndirir və reallaşdırır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə