Konstitusiya Məhkəməsinin tərkibini dəyişmək üçün Ermənistan hakimiyyəti bəhanə axtarır
Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsinin tərkibində dəyişikliyə Seçki Məcəlləsinə dəyişikliklər etməklə nail olmaq istəyir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, parlamentin vitse-spikeri Lena Nazaryan parlamentdə “Partiyalar haqqında” qanuna və Seçki Məcəlləsinə dəyişikliklərin hazırlanması üçün işlərin başladığını bildirib.
Qeyd edək ki, seçki islahatları prosesi hələ bir müddət əvvəl, mart-aprel aylarında başlamışdı. Mərkəzi Seçki Komissiyasının fəaliyyət proqramını müzakirə etdikdən sonra Ararat Mirzoyan siyasi qüvvələri seçki islahatları ilə məşğul olmağa dəvət etmişdi və indi bu proses yenidən başladılıb.
Nəşrin yazdığına görə, dəyişikliklər keçən il hazırlanmışdısa da, prioritet reytinq sistemindən imtina etmək və proporsional sistemə keçmək bəhanəsi ilə qəbul edilməyən konsepsiyalar indi gündəmə gətirilir. Qəzetdə həmçinin qeyd edilir ki, yalnız bu yolla, bu bəhanə ilə Konstitusiya Məhkəməsinin tərkibi dəyişdirilə bilər. Bir sözlə, Konstitusiya Məhkəməsinin tərkibində dəyişiklik üçün Ermənistan hakimiyyəti bəhanə axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB