Ermənistanın saxta hakimiyyətinin saxta profil “qvardiya”sı

Ermənistanın saxta hakimiyyətinin saxta profil “qvardiya”sı

Erməmistanın hakimiyyət nümayəndələri saxta istifadəçilərin bütöv bir "qvardiyasına" sahibdirlər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son zamanlar konkret bir siyasi hadisə ilə bağlı saxta Facebook istifadəçilərinin şərhlərinin sayı artmaqdadır.

Məlumatda qeyd olunur ki, feyk(saxta) profillər əvvəllər Ermənistanda dəb halında ara-sıra olduğu halda, hazırda bu kütləvi xarakter daşıyır və hakimiyyətin ordusu kimi fəaliyyət göstərir.

“Past” qəzetinin mənbəyinə görə, bu məsələ, yəni saxta profillərlə bəyənmək, repost etmək, şərhlər vermək kimi fəaliyyət xüsusilə hazırkı hakimiyyət orqanları arasında olduqca aktualdır. Hətta hazırki Ermənistan hakimiyyəti ümumi heyət xaricində də, daha dəqiq desək hakimiyyət nümayəndələri ayrı-ayrılıqda da saxta profil ordusuna sahibdirlər və bu “qvardiya” xidmətinin köməyi ilə mövqelərinə uyğun olmayan materiallara hücumlar təşkil edirlər.

Qəzetin mənbəyinin məlumatına əsasən, bəzi strukturlar öz idarəetmə aparatında, məsələn, “köməkçi” adı altında ayrıca ştatlı işçilər saxlayır ki, onlar öz struktur rəhbərlərinin sosial şəbəkədəki statusuna və fəaliyyətinə cavabdehdirlər. Onlar feyk olaraq komanda şəklində lazım gəldiyi təqdirdə müvafiq müdaxilələr etməkdə mükəlləf olunublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə