Paşinyanın tərəfdarları Putini İrəvanda həbs etmək niyyətindədirlər? ANALİTİK
Daniel İohannisyan: “Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyir, lakin ehtiyat etsin ki, görüş vaxtı qapı arxasınca bağlanmasın”
Ermənistanda növbəti anti-Rusiya kampaniyasına start verilib. Belə ki, ermənilərin ictimai-siyasi isteblişmentinin böyük əksəriyyəti Rusiyaya və bu ölkənin rəhbərliyinə yönəlmiş nifrətlərini gizlətmirlər. Lakin diqqət çəkən məqamlardan biri də budur ki, ermənilərin strateji müttəfiqləri olan Rusiya əleyhinə daha öncələr səsləndirdikləri ittiham və səriglədikləri qıcıq hissləri hazırkı nifrətlərinin qarşısında kölgədə qalır. Bu dəfə Paşinyanın təbliğat maşınının hədəfində bilavasitə Rusiya Federasiyasının prezidenti Vladimir Putindir...
Putin bu dəfə də həbsdə olan Koçaryana ad günü münasibəti ilə təbrik müraciəti edib
Bunun isə ermənilər üçün səbəbi var. Belə ki, Paşinyan komandasının və komandaya yaxınlığı ilə seçilən siyasi-ictimai çevrənin aqrerssiv ritorikalarına səbəb hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryana müraciətidir. Ötən il olduğu kimi, Putin bu dəfə də həbsdə olan Koçaryana ad günü münasibəti ilə təbrik müraciəti edib. Hətta eks-prezidenti Rusiyanın ən yaxşı dostlarından biri kimi adlandırıb.
Beləliklə, Putin-Koçaryan münasibətlərinin yüksək səviyyədə qalması Nikol Paşinyan hökumətinin kəskin hiddətinə səbəb olub və Paşinyan özünə yaxın bildiyi şəxsləri anti-Rusiya kampaniyası aparmaq tapşırığı verib. Çünki həbsxana kamerasının qapısının Rusiya prezidenti Vladimir Putinin arxasınca bağlanacağı xəbərdarlığını Ermənistanın “İnformasiyalı vətəndaşlar ittifaqı” təşkilatının rəhbəri Daniel İohannisyan sentyabrın 3-də özünün “Facebook” səhifəsində yazıb.
Rus ayısı erməni ilanını öz ağırlığı altında əzməli olacaq
“Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyir, lakin ehtiyat etsin ki, görüş vaxtı qapı arxasınca bağlanmasın”, deyə təşkilatı Nikol Paşinyan tərəfindən maliyyələşdirilən İohannisyan yazıb. O, bu dəfəki qrantını işğal olunmuş Dağlıq Qarabağda “seçkilərin keyfiyyətinin artırılması təminatı” layihəsinə görə alıb. Əgər bir şəxs ki, birbaşa hakim komandanın rəhbərliyi tərəfindən maliyyələşrisə, demək ki, onun bənzər anti-Rusiya bəyanatlarını səsləndirmək tapşırığını da Paşinyan şəxsən verir.
Bütün bunlar isə, həm də belə nəticə hasil edir ki, Rus ayısı erməni ilanını öz ağırlığı altında əzməli olacaq. Çünki Ermənistandakı məlum münasibətlərin get-gedə daha aqressiv vəziyyətə keçid etməsi də bu cür qənaətə gəlməyə zəmin yaradır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB