"Son vaxtlar Əli Kərimli gündəlikdə qalmaq üçün hər cür çirkin əməllərə əl atır. Bu insanın özülü yalan, şər və böhtan əsasında qurulub. İndidə sosial şəbəkələrdə saxta profillər açdırmaqla guya ki, bunun ətrafında xeyli izləyiciləri var. Əslində isə reallıq onu göstərir ki, həqiqət tamam başqa cürdür". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
"Necə ki, AXC-Müsavat hakimiyyəti gəlişi prosesini yaşayıblar və qanunsuz hakimiyyətə yiyələniblər bu gündə həmin ssenari ilə müxtəlif şayələr şər və böhtanlar yaymaqla yenidən gündəmə gəlmək istəyirlər. Əli Kərimli əqidəsi zəif olan bir qrup gənci öz ətrafına yığmaqla cinayət xarakterli müxtəif işlərə qoşularaq onların həbs olmasına nail olur. Sonda isə bunların düşdüyü vəziyyətdən özünə siyasi divident qazanmaq üçün siyasi oyunlara girişir. Radikal müxalifət düşərgəsində liderlik mübarizəsi Əli Kərimli tərəfindən məharətlə həyata keçirilir. Ona görə də radikal müxalifət heç vaxtı biryerdə ola bilməz. Əli Kərimlinin əsas məqsədi satqınlıq və xəyanət hesabına aldığı qrantların davamlı olmasını təmin etməkdən ibarətdir. Satqın və xəyanətkarın milliyəti olmur"-deyə, deputat fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB