Sevan gölündə suyun səviyyəsi hər il azalır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Jamanak" qəzetinin yazdığına görə avqustun 21-də baş nazir Nikol Pashinyan öz Facebook səhifəsində Sevan gölündən suyun tədarükünün ötən 2018-ci ilin analoji dövrü ilə müqaisədə 51 milyon kubmetr azaldığını qeyd edib.
Məlumata görə reallıq tamamilə fərqlidir və 29 avqust tarixinə olan nəticəyə əsasən, Sevan gölündə suyun səviyyəsi ötən ilin eyni günü ilə müqayisədə 1 sm azalaraq 1900.64 səviyyəsinə enib. Beləliklə aydın olur ki, Sevan gölünün səviyyəsi hər il yüksəlmək əvəzinə azalır və ermənilər gölün qurumaq təhlükəsi ilə qarşılaşıblar.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB