Quldur Paşinyanın quldur siyasəti

Ermənistanın baş naziri hansı donu geynirsə-geyinsin, yenə də yamağı görünür

Küçədən küçə iəfəkkürü ilə hakimiyyətə gələn işğalçı ölkənin baş naziri Nikol Paşinyanın quldur siyasəti üzə çıxdıqca, ictimaiyyət "gözlə" mövqeyinə "yox!" deyir. Ekspertlərin sözlərinə görə, nə qədər ki, Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiasında qalarsa, davam edən işğal rejiminin düşmən ölkəyə "bəxş elədiyi" ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanması olacaq. Bunun əsas səbəbkarı isə, öz əvvəlki xələflərindən geri qalmayan baş nazir N.Paşinyanın işğalçılıq siyasəti aparmasıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə, on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və inteqrasiya oluna bilməyən işğalçı ölkə, nəticədə, tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyyət də əvvəlkilər kimi, reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərmək istədi. Ancaq siyasət naşı olan Paşinyanın hakimiyyətə gəldiyi bir ildən çox bir müddətdə həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə, xüsusilə, sərsəm bəyanatları ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu həqiqəti dərk etməyə nə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil. Lakin ölkədəki acınacaqlı vəziyyət göstərir ki, ermənilər son günlər davamlı mitinq və aksiyalar keçirməklə, əsl reallığı anlamağa başlayıb.

Paşinyanın çıxış yolu - Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir, VƏSSALAM!

Ekspertlər də bu fikirdədir. Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın, öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.
Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
Baş verənlər, onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və küçə təfəkkürlü fikirləri təkrarlamaqla məşğuldur. Bu yerdə Mixail Qorbaçovun işğalçılıq təfəkkürü yadıma düşdü. Yəni Nikol Paşinyanla Qorbaçovu müqayisə etsək, bunlar arasında elə bir fəqri görünməz. Çünki hər ikisi işğalıçı təfəkkürə malikdirlər. Ona görə də, Nikol hansı donu geynirsə-geyinsin yamağı görünəcək. Çünki yalan ayaq tutur, yeriməz, yerisə belə, uzağa da gedə bilməz. Çünki geydiyi papışlar bünövrədən cırıqdır.

Paşinyan min-bir hiylə ilə qazdığı quyuya özü düşür

Ter-Petrosyan, Sarkisyan və Paşinyan hakimiyyətinin yolu da, düşüncə tərzi də eyni olduğu üçün işğalçı ölkədə baş verən ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyyətdə özbaşınalıqlarından cana doymuş erməni xalqı, artıq ayağa qalxmaqdadır. Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Ekspertlər son günlər, açıq-aydın bildirirlər ki, artıq erməni xalqı bilir ki, hakimiyyətə yalan vədlərlə gəlib verdiyin vədlərə naxələf çıxmağın bir sonu var. Və necə ki, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: necə deyərlər, Nikol min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait və ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayı sürətlə artır.
Daha bir maraqlı fakt isə Paşinyanın ikiüzlülüyü və yalanlarıdır. Bütün dünya bilir ki, Ermənistan havadarlarının birbaşa yardımı ilə Azərbaycan torpaqlarını işğal edib və münaqişə həmin məqamdan başlayıb. Bu səbəbdən, onun həllinə işğalçıların zəbt etdikləri torpaqlardan qeyd-şərtsiz çəkilməsi ilə başlamaq olar. Yalnız bundan sonra digər məsələləri müzakirə etmək mümkündür.

Erməni xalqının tələbi - işğala son qoymaq!

Baş verənlər, onu deməyə əsas verir ki, Ermənistanın yeni siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyaya malik deyil. Bu səbəbdən də, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. İdeya boşluğuna düşən hökumət başçısı öz cəmiyyətinin dəstəyini qazanmaq üçün belə əsassız və sərsəm bəyanatlarla çıxışlarından hələ də əl çəkmir. Lakin buna baxmayaraq ...

Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi daha da güclənir

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik."
Çünki Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi artıq sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır. Eyni zamanda, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətini daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatik siyasətinin real nəticəsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətlər arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu N.Paşinyanın ağıllı, savadlı, dərin düşüncəli rəhbər olmadığını bildirib: "Quyuya su tökməklə, quyu dolmaz. Paşinyanın siyasət deyilən məsələdən xəbəri yoxdur. Fikir vermisinizsə, "Exo Moskvı" televiziyasına verdiyi müsahibəsində Paşinyan deyirdi ki, mən oğlumu Dağlıq Qarabağa sülh məqsədi ilə göndərmişəm, orada müharibə getmir. Amma müsahibənin digər bölümündə bildirir ki, əgər mənim oğlum ordadırsa və öz ölkəmi və xalqımı qorumaqdan ötrü heç nəyimi əsirgəməyəcəm. Baxın, N.Paşinyanın fikirləri bir-birinə zidd mövqelidir. Birincisi, oğlunu Dağlıq Qarabağa göndərməklə, sən dərin düşüncəli yox, əksinə, dayaz düşüncəli adam olduğunu sübut etmisən".
Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə, erməni dövlətinin gələcəyini təhlükə altına alır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, İrəvanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.
Ümumiyyətlə, real vəziyyəti, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın baş naziri Paşinyan da, sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə