Hadisə dünən gecə saat 02.00 radələrində, şəhərin Tağı Arani küçəsi mənzil 5-də qeydə alınıb. Partlayış zamanı adıçəkilən ünvanda kirayədə yaşayan Əliyeva Tərlan İslam qızı və onun 4 övladı mənzildə olub. Nəticədə uşaqlardan biri 15 yaşlı Əliyev Azər Natiq oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirlib.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Bölməsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisənin səbəbləri bəlli deyil. Ancaq ilkin ehtimallara görə partlayış qaz sızmasından qeydə alınıb.
Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti normaldır. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Bölməsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB