“Türk-Erməni Dostluğu” abidəsinin sökülməsi ilə bağlı tender martın 7-də elan ediləcək

“Türk-Erməni Dostluğu” abidəsinin sökülməsi ilə bağlı tender martın 7-də elan ediləcək

Türkiyənin Qars şəhərindəki mübahisəli "Türk-Erməni Dostluğu" abidəsinin sökülməsi ilə bağlı tender martın 7-də elan ediləcək. SİA-nın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, tenderi qazanan şirkət müqavilənin bağlanmasından keçən 5 gün ərzində işə başlamalı və iki ay ərzində abidənin sökülməsini tamamlamalıdır.

 

Qeyd edək ki, Türkiyənin Qars şəhəri Bələdiyyə Məclisinin 19 üzvünün dəstəklədiyi qərarda baş nazir Rəcəb Tayyib Ərdoğanın əcaib bir şey adlandırdığı "Türk-Erməni Dostluğu" abidəsinin uçurulması öz əksini tapıb. Qərar fevralın 1-də qəbul olunub. Qars Bələdiyyə Məclisinin qərarına müxalifətdəki Cumhuriyyət Xalq Partiyasının 4 nümayəndəsi qarşı çıxıb. Hakim Ədalət və İnkişaf Partiyasından 11 nəfər, habelə müxalifətdəki Millətçi Hərəkat Partiyasından 8 nəfər təklifə dəstək verib.

Bütün xəbərlər Facebook səhifəmizdə