Robert Koçaryanın oğlu Levon Koçaryan Yerablurda jurnalistlərlə söhbət edib və fikirlərini bölüşüb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Levon Koçaryan belə bir gündə Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanın həbsdə olması ilə bağlı narazılığını bildirənlərlə razıdır.
Məlumatda qeyd olunur ki, Koçaryanın oğlu Dağlıq Qarabağ və Ermənistan arasında gərginliyin səbəbini də izah etməyə şalışıb. O qeyd edib ki, Qarabağdakılar həmin adamlardır, sadəcə dəyişən Ermənistandakılardır və onlar arasında gərginlik də məhs bu səbəbdəndir. Əslində, Levon Koçaryan tam açıq şəkildə etiraf edib ki, Qarabağla Ermənistan arasında gərginlik davam edir və buna səbəb də elə Ermənistandakılar, dəyişən adamlardır. Hazırda həbsdə olan eks-prezidentin oğlu dolayısı ilə bildirib ki, Qarabağla Ermənistan arasındakı gərginliyi yaradan Paşinyan və onun komandasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB