Valideynlər də Ermənistanda etiraz aksiyası keçirirlər

Valideynlər də Ermənistanda etiraz aksiyası keçirirlər

16 nömrəli məktəbin işçiləri və şagirdlərin valideynləri məktəbin bağlanmasına etiraz olaraq aksiya keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün İrəvanda 16 nömrəli məktəbin işçiləri və şagirdlərinin valideynləri etiraz aksiyası keçirərək, məktəbin bağlanmaması tələbini irəli sürüblər.
Məlumatda deyilir ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin ümumi təhsil şöbəsinin müdiri Aşot Arşakyan etirazçılarla görüşüb. Nazirliyin ümumi təhsil şöbəsinin müdiri jurnalistlərə verdiyi müsahibəsində, "Ümumi təhsil haqqında" qanuna görə, Ermənistanın universal inklüziv təhsilə keçəcəyini və bu il İrəvanın da tamamilə bu sistemə keçəcəyini söyləyib.
Məktəbin direktoru Mariam Sholinyan, normal bir tədris prosesinə başlamaq üçün məktəbdə hər şeyin edildiyini və təşkil olunduğunu bildiribsə də, ardınca öz fikirlərinin belə əksinə danışıb və onun sözlərinə görə, dərs ilinin ilk günündə belə yeməkxana işləmir və uşaqlara nə yedizdirəcəklərini də bilmirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə