Qərb bölgəsi üzrə magistratura imtahanlarında 1472 nəfər iştirak edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xətti ilə ölkədə, o cümlədən Gəncədə keçiriləcək imtahanlarda iştirak etmək üçün 1472 bakalavrın elektron ərizəsi təsdiq edilib. Bu barədə SİA-nın bölgə müxbirinə Komissiyanın qərb bölgəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il magistratura pilləsinə imtahan verənlərin sayında 400 nəfərədək artım var. Gəncədə imtahanlar Azərbaycan Dövlət Aqrar Universitetinin Mexanizasiya korpusunda və 23 saylı orta məktəbdə təşkil olunacaq. Burada imtahanlar üçün 59 otaq ayırılıb. Ümumilikdə imtahanlarıın təşkili üçün Gəncədə bütün lazımi tədbirlər başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB