Elçin Quliyev: “Dövlət Sərhəd Xidməti narkotik maddələrin qaçaqmalçılığına qarşı çox ciddi nailiyyətlər əldə edib”
"Narkotik maddələrin daşınmasına qarşı dövlətimizdə çox ciddi tədbirlər həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib. Onun sözlərinə görə, son illər ərzində Dövlət Sərhəd Xidmətinin bu sahədə əldə etdiyi nailiyyətlər çox ciddidir: "Eyni zamanda Dövlət Sərhəd Xidmətinin quru, su və nəzarət buraxılış məntəqələrində bu bəla ilə çox ciddi mübarizə aparılır. Əvvəllər bu problemlər daha ciddi dayanırdı. Nəyə görə? Çünki texniki imkanlarımız həddindən artıq az idi və bu texniki imkanların azlığına görə bu bəla ilə mübarizəmizin səviyyəsi aşağı həddə olurdu. Hazırda isə texniki tərəqqi inkişaf edir, xüsusilə də narkotik maddələrin tapılması üçün zəruri avadanlıqlar alınır. Bütün bunlar imkanlarımızı artırır. Bunlarla yanaşı Sərhəd Xidməti şəxsi heyətinin peşəkar səviyyəsinin durmadan artaması da DSX-nin mühafizəsi, həmçinin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasına zəruri şərait yaradır".
Elçin Quliyev vurğulayıb ki, narkotik maddələrin dövriyyəsinin qaşısı alınması üçün Sərhəd Qoşunları Azərbaycanın bütün hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq edir: "Hazırda əməkdaşlığımiz çox yüksək səviyyədədir. Konkret olaraq Dövlət Sərhəd Xidməti Daxili İşlər Nazirliyi, Milli Təhlükəszilik Nazirliyi, Baş Prokurorluq və Dövlət Gömrük komitəsi ilə birgə əməliyyatlar keçirir, işlər görürür. Bu da bu bəlanın daşınmasının qarşısında ciddi bir sədd yaradır. Bu sədd mövcuddur, daha da möhkəmlənir və bundan sonrada daha möhkəm olacaqdır. Onu qeyd etmək istərdim ki, hazırda dünyada tətbiq oluna biləcək ən son texnologiyalar sahil mühafizəsinin xidməti fəaliyyətində tətbiq olunur. O, ki qaldı silahlara, hazırda mövcud silahlar istismar olunur, eyni zamanda dünyanın aparıcı ölkələrindən alınaraq gətirilir və gəmilərdə istifadə üçün verilir. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinə nəzarət etmək, zəruri tədbirləri görmək, qanunları yerinə yetirməyən gəmilərin və katerlərin həbsi, silahlı müqavimətə qarşı imkanlarımız kifayət qədərdir və bu imkanlarımız durmadan artır. Yenə qeyd edim ki, bu imkanlarımız hazırda dövlətimizin iqtisadi nöqteyi nəzərdən durmadan artan inkişafı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərhəd xidmətinə yüksək diqqət və qayğısı nəticəsində yaranır".
Alınan yeni sürətli katerlərə gəlincə Sərhəd Qoşunlarının Komandanı deyib ki, onların bir çoxu şimal və cənub sərhədlərimizin xidmətində tətbiq olunacaq: "Ümumiyyətlə, Xəzər dənizində mühafizəmiz üç hissəyə bölünüb. Şimal istiqamət, orta istiqamət, cənub istiqamət. Bu işlərimizində tam başa çatdırılması ilin sonuna kimi nəzərdə tutulub. Burada təkcə katerlər yox, yeni gəmilər və onların üzərində olan ən müasir naviqasiya və nəzarət sistemlərindən söhbət gedir".
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə