Bakının "Gülüstan" sarayında Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illiyi münasibətilə yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, ictimaiyyət xadimləri və media mənsubları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Milli Şuranın sədri Fuad Muradov bildirib ki, şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlib.
Millət vəkili qurumun beynəlxalq təşkilatlardakı fəaliyyətinə də toxunub: "Milli Şura ölkə prezidenti İlham Əliyevin siyasətinə sadiq qalaraq bu istiqamətdə Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırır. Məqsədimiz ölkə gənclərinin bir araya gətirmək, vətənimiz və xalqımızın mənafeyi uğrunda birgə mübarizə aparmaqdır".
Mərasimdə Milli Şuranın tarixi və fəaliyyətini əks etdirən filmin qısa versiyası nümayiş olunub. Daha sonra baş nazirin müavini Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək şuranın fəaliyyətini təqdir ediblər. Bildirilib ki, GTMŞ-nin ölkə gənclərinin ictimai şüurunun artmasında və maariflənməsində önəmli rolu var.
Mərasimdə İslam Konfransı Gənclər Forumunun və Avropa Gənclər Forumunun təbrik məktubu oxunub. Şura üzvlərindən bir qismi və quruma üzv olan təşkilatlar, o cümlədən media orqanları 15 illik yubiley münasibətilə mükafata layiq görülüblər. Mərasim ziyafət süfrəsi və əyləncəli hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB