Ermənistanda xalqın hökümətə qarşı etirazları davam edir

Ermənistanda xalqın hökümətə qarşı etirazları davam edir

Ermənistanda xalqın hökümətə qarşı etirazları davam edir. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, ilk nümayişi sürücülər keçirib. Səbəb isə Ermənistanda gürcü nömrələrilə maşın sürməyə görə tətbiq edilən cərimələrdir. Lakin bu gün səhər saatlarından Gümrüdən Yerevana avtomobillərlə yürüş etmək istəyən sürücülərin yolu polis tərəfindən bağlanıb. Polis yolları kəsdiyindən paytaxta gələ bilməyən insanlar Gümrüdə toplaşmağa başlayıb.

 

Digər aksiya isə Ermənistan parlamentinin binasının qarşısında keçirilir. OradsYerevan merinin küçə ticarətini yığışdırmaq qərarından narazı olan ticarətçilər toplaşıb. Aksiyaçılar əllərində "Ermənilər öz vətənində əzilir!", "Buna dözməyəcəyik!" kimi şüarlar yazılmış plakatlar tutub. Onlar artıq 2 aydır çox ağır vəziyyətdə yaşadıqlarını, hətta kommunal xərcləri ödəyə bilmədiklərini söyləyir. Buna görə, nümayişçilər etiraz aksiyalarını dayandırmayacaqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə