İranın qardaşlıq damarı tutub: “Azərbaycan xalqı bütün çətinliklərə sipər göstərib”

İranın qardaşlıq damarı tutub: “Azərbaycan xalqı bütün çətinliklərə sipər göstərib”

Tehranda baş verən qarşıdurmalarda iştirak etmiş 7 şəxs İran təhlükəsizlik orqanları tərəfindən həbs edilib. Həbs edilən şəxslərin Tehranda baş verən qarşıdurmalarda birbaşa iştirakı güman olunur. Rəsmi məlumatda saxlanan şəxslərin İsrail xüsusi xidmət orqanları tərəfindən ölkədə qarşıdurma yaratmaq barədə təlimatlandırıldığı bildirilir.

Bütün baş verən hadisələrin fonunda rəsmi Tehran nümayişlərdə azərilərin çoxluq təşkil etdiyini nəzərə alaraq jest etmək niyyətinə düşüb. Belə ki, İranın ali dini lideri Seyid Əli Xamneyi Təbriz camaatı ilə görüşüb. O, İranın bu gün qüdrətli dövlətə çevrilməsinin, elm, texnologiya sahəsində inkişafının Azərbaycan xalqının 33 il öncə etdiyi mübarizə sayəsində baş tutduğunu bildirib. "Azərbaycan xalqının mübarizliyi islam inqilabına çox təsir edib. 33 il bundan qabaq biz bunun şahidi olduq. Həmin güc bu gün də var və gələcək nəsillərə də ötürüləcək".

Qardaşlıq damarı tutan Ə. Xamneyi Azərbaycan xalqının tarixin müxtəlif zamanlarında bütün çətinliklərə sipər göstərdiyini deyib. Ermənistana yardım edənlərin bu cür addımları isə aydın məsələdir. Bu isə başqa mövzudur. O, ölkədaxilindəki qeyri-stabilliyin yaranamasında məhz ABŞ-ı günahkar hesab edib. Dini lider dünyada bütün millətlərin hüquqlarının ABŞ və digər istismarçı qüvvələr tərəfindən pozulduğunu vurğulayıb: "Misir xalqı da zülm və ədalətsiliyə qarşı çıxaraq bir inqilab etdi. Azərbaycan xalqı belə hallarda yeri gəldikdə öz şücaəti və qeyrəti ilə varlığını sübuta yetirib. Uzaqgörən, ayıq və mübariz olmaq Azərbaycan xalqının əsas xüsusiyyətləridir".

Əslində isə İranın dini liderinin bu addımı rəsmi Tehranın Azərbaycana və orada yaşan azərilərə olan eşqindən irəli gəlmir. Bu ilk növbədə ölkədaxilində yaranmış gərgin vəziyyətin sabitləşdirilməsi üçün atılan bir addımdır. Köhnə qurdun təzə siyasəti yəqin ki, azəriləri ələ almaq, nümayişlərin geniş vüsət aldığı Təbriz və İsfahanda sakitliyə nail olmaq üçündür. Burada isə ilk növbədə azərilər nəzərə alınmalıdır. Çünki bu şəhərlərin 75 faizdən çoxunda məhz soydaşlarımız çəmləşib. Lakin müəyyən müddət ərzində davam edən bu məhəbbət nümayişlərin bitməsindən sonra da bitəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə