"Bu kimi aksiyaları müntəzəm şəkildə keçirmək lazımdır" MÜNASİBƏT

"Bu kimi aksiyaları müntəzəm şəkildə keçirmək lazımdır" MÜNASİBƏT

“Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında keçirilən kütləvi təmizlik aksiyası çox əhəmiyyətli bir hadisədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Xəzər dənizinin sahilində çirklənmiş, zibillənmiş ərazilər mövcuddur və sevindirici haldır k,YAP-ın gəncləri, eyni zamanda YAP-ı təmsil edən millət vəkilləri birlikdə bu aksiyanı həyata keçirirlər: "Hesab edirəm ki, bu aksiyaların həm də əhəmiyyəti ondadır ki, insanlar burada çox faydalı, əhəmiyyətli iş görürlər və bundan məmnun olurlar. Xüsusilə də YAP-ın xətti ilə gənclərin bu işlərdəki fəallığı bizi çox sevindirir. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhərinin təmiz şəhər olmasını çox istəyirlər. Onlarla söhbətimiz zamanı da açıq şəkildə söyləyirlər ki, Bakı və dəniz sahili çox gözəldir. Amma təəssüflər olsun ki, bəzən insanlar gəlib dənizdə istirahət edirlər, dincəlirlər və sonradan tullantıları burada qoyub gedirlər. Nəticədə bu tullantılar ekoloji vəziyyəti korlayır və buradakı gözəlliyə xələl gətirir. Ona görə də hesab edirəm ki, bu kimi aksiyaları bundan sonra da müntəzəm şəkildə keçirmək lazımdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə