Səndən hər şey düzəltmək olar

Dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkin

Son günlər G.Hacıbəyli sosial şəbəkələrdə bir yığın başısoyuğu ətrafına cəmləyib Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından danışır və müqayisələr aparır.
Bu yerdə susa bilmirsən. Bir mənəviyyat, əxlaq deyilən milli dəyərlər kimi xüsusiyyətləri yadına sal. Gültəkin 2010-cu ilə qədər deputat kürsüsündə oturduğun və Milli Məclisin plenar iclasında Azərbaycanın demokratik və inkişaf etmiş ölkə olduğunu verilən vaxtdan da çox danışırdın. Mən orada parlament müxbiri kimi dəfələrlə şahidi olmuşam. Hətta spikerdən əlavə vaxt da istəyirdin ki, müxalifətin böhtanlarına cavb verəsən. 2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışın zamanı deyirdin: "Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük".

Suyu bulandırma cəhdlərinin perspektivi yoxdur

Sənə sual edəndə ki, sən nə vaxtsa müxalifətçi ola bilərsən? Cavab vermişdin ki, mən heç vat müxalifətçi olmaram və məndən heç kəs müxalifətçi düzəldə bilməz. Ay satqın, riyakar və rüşvətxor Hacıbəyli, bir izah edin görək, nə dəyişdi? O günləri nə tez unutdun. Bir faktı da xatırlatmaq istərdim. İndi yadına sal. 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insident də yaddaşlardan silinməyib. Yuxarıda təqdim etdiyim çıxışı zamanı G.Hacıbəyli "terrorçuları və casusları cəmiyyətə "siyasi məhbus" kimi sırıyanlar" deyəndə də AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdu. İndi nə dəyişdi ki? Daha doğrusu, 2010-cu ilin noyabrında keçirilən parlament seçkilər zamanı deputat ola bilməyən G.Hacıbəyli necə oldu ki, elə həmin ilin dekabr ayında "müxalifətçi" oldun? Deməli, səndən hər şey düzəltmək olar.
Bu gün yenidən sosial şəbəkələrdə Azərbaycanda inqilabi islahatlarla bağlı aparılan siyasəti tənqid edən G.Hacıbəylinin yadına parlamentin iclasında dediyi sözləri xatırlatmaq istərdim: "Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, möhtərəm Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəyə çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və islahat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbaycan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyərli bir töhfəsi olacaqdır. Eyni zamanda, möhtərəm Prezidentimizin səsləndirdiyi islahat kursuna cavab verən bir addımdır".
Digər bir məqam isə, Yeni Azərbyacan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə bağlı keçirilən silsilə tədbirlərə qısqanclıqla yanaşan, hakim partiya haqqında sosial şəbəkələrdə hədyan yağdıran G.Hacıbəyli 2008-cu ildə tədbirdə çıxışı zamanı möhtərəm Prezidentimizin apardığı siyasəti təbliğ edir və çıxışına "Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri... Mən bunu cəsarətlə deyirəm. Bəli, bu seçkilərin alternativsiz qalibi İlham Əliyevdir".
Bəli, bu, həmin Gültəkindir. Bu, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. Sosial şəbəkələr xəstəsi yenə böhtan dolu çıxışlar etməklə heç bir şey dəyişməyəcək. Çünki bu yenə də heç bir dəyəri olmayan satqın, mənəviyyatsız rəzil Gültəkindir. Və bu rəzil qadın hələ də anlamır ki, artıq zaman dəyişib, regionun əsas gücünə, qüdrətli dövlətinə çevrilən Azərbaycan üçün heç bir beynəlxalq təhdid qorxulu görünmür. Bütün dəyişiklikləri, qüdrətli Azərbaycanın haradan-haraya necə gəlməsini xalq yaxşı bilir ki, həmin antitəbliğatlar, sifarişli fəaliyyətlər, gözdənsalma kampaniyalarına cəhdlər sabun köpüyü kimi bir şeydir. Və bu cür destruktiv qüvvələrin istənilən çağırış və sosial şəbəkələrdəki aktivliyinə əhəmiyyət vermir. Ancaq yazıqlar olsun mənəviyyatını itirən satqın və nankor Gültəkin kimi kəslərə!!!
Son olaraq, qeyd etmək istəyirəm ki, suyu bulandırma cəhdlərinin perspektivi yoxdur. Çünki zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən çirkin qarayaxma kampaniyasının, eləcə də, sabitliyin pozulmasına edilən davamlı cəhdlərin arxasında da dövlətimizin heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasətidir. Odur ki, sifarişlə çalışan dağıdıcı qüvvələr nə əvvəllər öz qərəzli planlarını reallaşdıra biliblər, nə də bundan sonra çirkin niyyətlərinə nail ola biləcəklər. Çünki Azərbaycanda güclü xalq - iqtidar birliyi var. Odur ki, bulanıq suda balıq tutmaq istəyən G.Hacıbəyli bilməlidi ki, Azərbaycan vətəndaşını öz xəbis niyyətinin icraçısına çevirə bilməyəcək. Çünki G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!!!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə