Ermənistan Konstitusiyası Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmasına “HƏ” dedi

Ermənistan Konstitusiyası Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmasına “HƏ” dedi

Ermənistanın Konstitusiya Məhkəməsi Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasına dair müqavilənin Konstitusiyaya uyğun olması barədə qərar çıxarıb. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sənədə əsasən Ermənistanın sərhədlərinin təhlükəsizliyi də Rusiya ordusunun iştirakı ilə təmin ediləcək.

 

Qeyd edək ki, müqavilə Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalma müddətinin 49 ilə qədər uzadılmasını özündə ehtiva edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə