Mais Səfərli: ““Milli Şura” AXCP-nin tör-töküntülərindən ibarət olan kiçicik bir qurumdur” RƏY-ÖZƏL
““Milli Şura” deyilən qurum əslində dildədir, yəni gerçəklikdə belə bir qurum yoxdur”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, “Milli Şura” AXCP-nin tör-töküntülərindən ibarət olan kiçicik bir qurubdur: “Orda başqa heç bir qüvvə yoxdur. Ona görə də, bunlar ictimai rəyə təsir etmək qabiliyyətinə malik olmaq üçün müəyyən təşəbbüslərlə çıxış edirlər Həmin təşəbbüslərdən biri də, parçalanmış durumda olan radikal müxalifət düşərgəsində təmsil olunan partiyaları bir ayara gətirmək arzusundan ibarətdir. Amma hesab edirəm ki, o qüvvələrin arasında kifayət qədər ziddiyyətlər var, hətta bəzi məqamlarda bu ziddiyyətlər qarşıdurma həddindədir. Belə olan halda müxalifət düşərgəsini təmsil edən şəxslər arasında hansısa bir yeni birliyin yaradılması mümkün deyil. Bir sözlə, onlar tərəfindən səslənən birlik ideyası boş-boş iddialardır. Sadəcə olaraq Ə.Kərimli Qərb dövlətləri qarşısında yaxşı görsənmək üçün bu cür anormal hərəkətlərə əl atır. Faktlara istinadən demək olar ki, Ə.Kərimli və digər müxalif ünsürlərin dedikləri sözlər boş-boş sözlərdir. Bir sözlə, onların bu çabalarının heç bir mənası heç bir nəticəsi olmayacaqdır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB