Əli Kərimlinin adamı terror və cinsi zorakılıq çağırışları edir FOTOFAKT

Əli Kərimlinin adamı terror və cinsi zorakılıq çağırışları edir FOTOFAKT

Və ya Günel Mövlud Kəmalə Bənanyarlının hansı mənəvi terrorundan yazıb?

Vaxtilə AXCP-nin mitinq və piketlərində qanunsuzluqlar edib, bu vasitə ilə xaricə mühacirət etməyə çalışan, nəticədə öz istəyinə nail olan cəbhəçi Kəmalə Bənənyarlı barədə şok faktlar üzə çıxıb. Məlum olub ki, K.Bənənyarlı ölkədən çıxmamışdan əvvəl evini bir nəfərə satıb və indi də evini satdığı adamlara qarşı mənəvi terror, o cümlədən insanlığa yaraşmayan hərəkətlər tətbiq etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov özünün Facebook səhifəsində paylaşım edib və növbəti dəlilləri ictimailəşdirib.

Sənan Nəcəfov: “Cəbhəçi başıpozuqlara müraciət edərək ev yiyəsinin xanımına qarşı cinsi zorakılıq (?) övladına isə qəsd edilməsinə çağırıb”

“Günel Mövlud Kəmalə Bənənyarlının mənəvi terrorundan yazıb. Bu cəbhəçi qadın evini bir nəfərə satıb, qaçıb xaricə. Amma evini satdığı adamlara qarşı mənəvi terrora başlayıb. Cəbhəçi başıpozuqlara müraciət edərək ev yiyəsinin xanımına qarşı cinsi zorakılıq (?) övladına isə qəsd edilməsinə çağırıb. (yanındakılar bu psixi xəstəyə başa salıblar ki, belə çağırışlar Alman polisi tərəfindən sərt qarşılanır deyə, bəzilərini silib). Əlqərəz mərmi kimi partlamış bu statusa bir-iki cəbhəçi "təəsübkeş" raqatka ilə cavab veriblər. Ay nə bilim, "sənin evini əlindən alsalar onda da belə yazarsan", "başına gəlsin, görərsən", zad...”

“Elə bilirlər hay-küy salmaqla Kərimov Əli bandasını hər zaman müdafiə edəcəklər. Ay-hay...”

S.Nəcəfov K.Bənanyarlının ittihamlarına uğrayan şəxsin əlindəki bütün sənədləri ortaya qoyduğunu, bu vasitə ilə qarşı tərəfi və dəstəkçilərini susdurduqlarını qeyd edib: “Həmin Kəmalənin bullinqinin qurbanı olan şəxs də eləmə tənbəllik bütün sənədləri qoyub ortaya. Ala, bu da sizə fakt. Mumlayıblar. Elə bilirlər hay-küy salmaqla Kərimov Əli bandasını hər zaman müdafiə edəcəklər. Ay-hay...”

Ələkbər Əliyev: “Bu çuşkadrom ölkəyə rəhbərlik etmək istəyir...”

Daha bir maraqlı məqam isə, müahirətdə olan Ələkbər Əliyevin statusu ilə bağlıdır. Məsələyə münasibət bildirən mühacir Əli Kərimlini və ətrafını “çuşkadrom” adlandırıb. S.Nəcəfob həmin paylaşımı da edib: “Yekunda isə mühacirətdə olan Ələkbərin yazdığı statusa baxın. Məncə Kərimov Əli komandası üçün ən doğru "bəy tərifidir": bu çuşkadrom ölkəyə rəhbərlik etmək istəyir. Əslində isə bu "terrorçular" deməli idi. Bunların iç üzü budur. Mütləq ehtiyatlı olmaq lazımdır, mütləq. Zapalı çəkilmiş qumbaranı psixi xəstə əlinə verib, ona alqış deməyin sonu çooox təhlükəlidir”.

Nəticə olaraq isə bu cür qənaətə gəlmək olar ki, artıq Ə.Kəriminin və ətrafının somasızlığı göz önündədir və bu faktlar onların əslində “hansı yuvanın quşları” olduğunu bir daha təsdiq edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə