Yaxud, Soros uşaqlarının yenidən fəallaşmaları ictimai rəydə hansı düşüncələri formalaşdırır?
İctimai rəyə heç bir təsir qüvvəsi olmayan, əksinə, get-gedə fəaliyyətlərini bütün çılpaqlıqları ilə ortaya qoyan “Media Klubu” adlı dərnək üzvlərinin pərdəarxası məqamları bəlli olmaqdadır. Əslində, Azərbaycanda yaşayıb bu ölkənin havasını udan, çörəyini yeyib, suyunu içən qələmbazlar yığnağının yedikləri qazana tüpürmələri təəccüb doğurmur. Necə deyərlər, belələrinin xəmirlərinin harada, necə, hansı üsulla yoğrulması məlum olmadığı üçün onlardan hər cür xəyanətləri, riyakarlıqları, mənəviyyatsızlıqları gözləmək olar - xüsusilə, adıçəkilən dərnəyin “mənəm-mənəm” deyib, ortalıqda var-gəl edənləri məhz həmin xislətli ünsürlərdən ibarətdirlər. Onların xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif media və insan hüquqları təşkilatları ilə təmaslardan başlayaraq, ta Sorosa qədər bağlılıqları da bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Məgər zaman-zaman əldə edilən faktlar və dəlillər də belə düşünməyə əsas vermirmi? Yaxud, sözügedən ünsürlərin erməni lobbisinin anti-Azərbaycan piarında özəl yer alıb, digər təşkilatlarla yanaşı həm də bu lobbinin sifariş və tapşırıqlarını həyata keçirmək cəhdləri barələrində formalaşan ictimai rəyə zəmin yaratmırmı ki, onlar bu xalqın, bu dövlətin düşmənləridirlər?
Qudurğan Qulu Məhərrəmli, dələduz Mehman Əliyev, işi-gücü bəlli olmayan Elçin Şıxlı, qrantyeyən Arif Əliyev, “qazan qaynadan” Əvəz Zeynallı, ortada gedib-gələn Rövşən Hacıbəyli...
Misal üçün, özünü “jurnalist” adlandırıb, bu cameəyə təhqirlər yağdıran Qulu Məhərrəmlinin öz uğursuzluqlarını hakimiyyət dairələrinin üstünə atmasına nə ad vermək olar? Halbuki, o uzun illər hakimiyyətin əsas tribunası olan AzTV-də yumşaq desək, “at oynadıb”. Lakin öz səhvləri, günahları, harınlığı və qudurğanlığı nəticəsində öz qələmi ilə hər şeyin üstündən xətt çəkib. İndi də sosial şəbəkələrdə dövlətinə, xalqına xidmət göstərən jurnalist ordusuna meydan oxuyur, söyüş söyür, daxilindəki zəifliyini, cılızlığını ortalığa çıxarır.
Ya da ki, götürək Azərbaycan əleyhdarlarının xeyir-duası ilə yaradılan “Milli Şura”nın ictimaiyyətlə əlaqələr komissiyasının sədri olan, maliyyə dələduzluğu ilə tanınan Mehman Əliyevi, “Ayna-Zerkalo” qəzeti ilə tanınan, lakin işi-gücü bəlli olmayan Elçin Şıxlını, qrant layihələri üzrə “məharətli icraçı” olan -”Yeni nəsil”çi Arif Əliyevi, hansı yuvanın quşu olduğu yaxşı görünən Rövşən Hacıbəylini, orada-burada “qazan qaynadan” Əvəz Zeynallını və digərlərini. Bu qələmbazlar haqqında ayrı-ayrılıqda o qədər çox faktlar, dəlillər, sübutlar var ki, onların hər biri haqqında yazarsaq, sadəcə buna vaxt, zaman yetməz.
USAİD-in gizli qrant layihəsindən yeyilən 2,4 milyon dolları hanı..?
Bir müddət əvvəl məlum olmuşdu ki, 2014-cü ildə USAİD-ın Azərbaycanda “müstəqil medianın inkişafı üçün” 2,4 milyon dollar həcmində qrant ayırmışdı və məsələ həm də ondadır ki, həmin qrant layihəsi gizli şəkildə, ölkə ictimaiyyətindən bixəbər, daha dəqiq desək elansız-filansız təşkil olunmuşdu. Çünki heç bir mətbu orqanların – iqtidarlı-müxalifətli belə bir qrantdan məlumatı yox idi. Niyə əcəba? Səbəbi nə idi? Burada da bir sıra faktorlar dayanır. Həmin fakt barədə jurnalist Taleh Şahsuvarlının da bir xatırlatmasını etmək yerinə düşərdi. SİTAT: “Pullar İREX-ə ötürüləcəkdi. Aparılan araşdırmalar göstərdi ki, bu barədə öncədən razılaşma əldə edilib və məhz bu səbəbdən layihə məxfi saxlanır. Xatırlayıram ki, baş redaktor olaraq mənim tapşırığımla aparılan jurnalist araşdırması çərçivəsində İREX-ə informasiya sorğusu verilmişdi. İREX-in nümayəndəsi Ələsgər Məmmədli informasiya sorğusuna yazılı cavab göndərdi. Həmin cavabda heç bir sualımıza aydınlıq gətirilməmişdi və belə çıxırdı ki, ictimai vəsaiti sorğulamaqda qəbahətə yol vermişik”.
“Media Klubu” adlı dərnəyin qələmbazları bu həqiqəti dərk etmək məcburiyyətindədirlər
Bax, buradan da görünən budur ki, erməni lobbisinin və bu lobbi ilə sıx təmaslarda olan Soros fondunun, habelə “Freedom House”, “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatların əlaltılarına çevrilən “Media Klubu”nun hazırkı qələmbazları sözün həqiqi mənasında fırıldaqçılıqla məşğuldurlar, üstəlik onların Azərbaycan mediasının uğurlarına kölgə salmaq cəhdləri bütün vaxtlarda olub. Bu xəyanətkarlar öz çirkin əməlləri, məkrli planları ilə bir daha göstərdilər ki, onların məqsədləri ölkəmizin imicini korlamaq, şər-böhtan, qrantxana mərkəzi olan müxtəlif “media klublarında” birləşərək ermənipərəst dairələrin və antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirməkdir. Lakin bu qələmbazların bütün cəhdləri yalnız iflasa və ondan da ötəsinə doğru yuvarlanır, hətta dərəaşağı quyuya qədər. Ona görə də, müstəqil və inkişaf edən Azərbaycan mətbuatına kölgə salmaq onlara heç vaxt, heç zaman müyəssər olmayacaq. Hətta cəhdlərini artırsalar belə, ifşaları daha da çoxalacaq, sağlam düşüncəli media mənsubları onları bu camedədə görməməkdə davam edəcəklər. “Media Klubu” adlı dərnəyin qələmbazları bu həqiqəti dərk etmək məcburiyyətindədirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB