"Ermənilər hərbçilərimizin gücünə uyğun davranışını qursunlar" ÖZƏL-MÖVQE

"Ermənilər hərbçilərimizin gücünə uyğun davranışını qursunlar" ÖZƏL-MÖVQE

Ermənistan dövlətinin işğal olunmuş ərazilərimizdə infrastruktur işləri aparmasına iki istiqamətdən yanaşmaq mümkündür. Bunlardan birincisi konseptual yanaşmadır. Konseptual yanaşma ondan ibarətdir ki, Ermənistan tərəfi Azərbaycanın çağırışlarına, müraciətinə qoşulmayıb nəsə qazanıbmı? İndi işğalçı ölkənin önündə bu cür iki problem var. Həmin problemlərdən birini ermənilər özlərinə Qarabağ probleminə bərabər tuturlar". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Mən burada “Sevan” problemini nəzərdə tuturam. İkincisi isə Qarabağ problemindən də qat-qat böyük depopulyasiya yəni Ermənistanda artıq BMT-nin hesabatlarına görə 20-25-ci yerdən etibarən əhalinin mütləq sayının azalması yəni işğalçı ölkədə ölümlərin doğuşların sayını üstələməsidir. Təbii ki, bu Dağlıq Qarabağ münaqişəsinin və ermənilərin işğalçılıq siyasətinin nəticəsidir. Ona görə də ermənilər əgər Azərbaycanın sözünə cavab vermirsə, qulaq asmırlarsa o zaman siyasi, iqtisadi, hərbi proseslərin obyektiv olması Azərbaycan ərazisində ermənilərin cavabını verir. Hələ mən Ermənistanın daxilində sosial-iqtisadi məsələləri, xaosu, qarşıdurmanı bir kənara qoyuram. Düşünürəm ki, Azərbaycan hərbiçiləri gizlənməyiblər. Ən azından ermənilər özləri təxribat yaradır və Azərbaycan hərbçiləri onlara cavab verəndə onlar hərbçilərimizi görürlər. Hesab edirəm ki, Azərbaycanın verəcəyi cari cavab da ermənilərin hərbçilərimizi görməsindədir. Ermənilər Azərbaycan hərbçilərini heç zaman yaddan çıxarmasınlar. Onlar Azərbaycan hərbçilərinin gücünə uyğun da özlərinin davranışını qursunlar. Əgər Azərbaycan ordusu fəaliyyətə başlasa düşünürəm ki, o zaman söhbət təkcə Dağlıq Qarabağ problemindən getməyəcək. O zaman söhbət həm də Ermənistan dövlətçiliyinin mövcud olub-olmamasından gedəcək”-deyə, M.Əhmədoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə